Bəxtiyar Hacıyev mülki klinikada müayinədən keçəcək

Penitensiar Xidmət həbsdə olan hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin özəl mülki klinikada ailəsinin vəsaiti hesabına müayinədən keçməsinə razılıq verib. Qurban bayramı ilə bağlı tətil günləri başa çatdıqdan sonra onun müayinəsi özəl klinikalardan birində həyata keçiriləcək.

"dogruxeber.tv" qeyd edir ki, bu barədə iyunun 17-də Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev onunla telefon danışığından sonra bildirib.

"Bəxtiyar son zamanlar səhhəti ilə bağlı problemlərin olduğunu bildirir. Yuxuya gedə bilmir, əsəb sistemində problemlər yaranıb, başında ağrılar olur. Onda depressiyaya düşmə halları var. Qardaşımın Maqnit Rezonans Tomoqrafiyadan (MRT) keçmək üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, müxətlif bəhanələrlə imkan vermirdilər. Mənimlə telefon danışığında dedi ki, sonuncu dəfə öz vəsaiti hesabına mülki klinikalardan birində MRT-dən keçmək istədiyini bildirib və buna razılıq veriblər", deyə Vüqar Hacıyev qeyd edib.

Onun nsözlərinə görə, müayinə nəticəsində müalicə təyin edilərsə, ailəsi onun mülaicəsi və dərmanları üçün vəsaiti də ödəməyə hazırdır.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama grə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə zorakılıq tətbiq edib.

Ötən il iyunun 16-da Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələləri - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi bu ittihamların əsassız olduğunu bəyan edib.//turan.az

Son xəbərlər

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Bütün xəbərlər