Rövşən Rüstəmov “ADY”nin 3 xanım əməkdaşına avtomobil HƏDİYYƏ edib? – Rəsmi AÇIQLAMA

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun üç xanım əməkdaşına jest etdiyi iddia olunur.

"dogruxeber.tv"ın Bizim.Media-danəldə etdiyi məlumata görə, Rövşən Rüstəmovun tapşırığı ilə adları məlum olmayan 3 nəfər xanım əməkdaşa, o cümlədən yeni müşavir Aysel Soltanovaya “Toyota Carolla” markalı avtomobil verilib. Bildirilir ki, hədiyyə 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində təqdim olunub.

Məlumatı dəqiqləşdirmək üçün Rövşən Rüstəmovun müşaviri Aysel Soltanova ilə əlaqə yaratdıq. Xanım müşavir Bizim.Media-ya açıqlamasında ona avtomobil hədiyyə olunduğunu inkar etsə də, sonradan məlumatı qismən təsdiqləyərək, ona “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən xidməti avtomobil verildiyini deyib:

“Mən 19 yaşından rəsmi işləyirəm və kifayət qədər normal əməkhaqqı alıram. Aldığım əməkhaqqının da vergisini verirəm. Kifayət qədər də peşəkar karyeram var. Mənim nəinki işəgötürənin, heç kəsin, şəxsi həyatda belə kiminsə mənə avtomobil və ya nəsə başqa hədiyyə verməsinə ehtiyacım yoxdur. “Azərbaycan Dəmir Yolları”nda müavin, müşavir və departament direktoru heyətinə imtiyaz olaraq avtomobillər təhkim olunub. Bunu təsdiq edə bilərəm”, – deyə Aysel Soltanova qeyd edib.

Məsələ ilə bağlı ADY-nin rəsmi cavabını almaq üçün quruma müraciət etsək də, hər hansı cavab ala bilmədik.

Son xəbərlər

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Oğuzda 28 yaşlı şəxsin meyiti tapıldı

Bütün xəbərlər