Heyvanın faydaları

Payız meyvələrindən olan heyva ləzzətli olmaqla yanaşı vitamin və minerallarla da zəngindir. Heyva orqanizmimizə və gözəlliyimizə faydalıdır.

"dogruxeber.tv" bu payız meyvəsinin faydalarını təqdim edir:

Arıqlamağa yardımçı olur
Heyva qanda şəkərin miqdarını sürətlə artırmır. Yəni diabetdən əziyyət çəkir və pəhrizdəsinizsə, rahatlıqla heyva istehlak edə bilərsiniz. Bundan başqa heyva toxluq hissi yaradır və bu da arıqlamağa kömək edir. Pəhrizdə şirniyyata alternativ kimi heyvanı qaynadıb, ya da buxarda bişirib yemək olar.

İmmunitet sistemini gücləndirir
Heyvanın tərkibindəki C vitamini immun sistemini gücləndirir. Heyva orqanizmi virus və bakteriyalara qarşı qoruyur.

Saçların uzanmasına kömək edir
Heyvanın tərkibi dəmir, sink kimi minerallarla zəngindir. Bu isə qan dövranını yaxşılaşdırır, saçın dibinə bol oksigen daşınmasına kömək edir.

Dərini təravətli saxlayır
Heyvanın tərkibindəki dəmir, mis və sink kimi minerallar qırmızı qan hüceyrələrinin çoxalmasına kömək edir. Qırmızı qan hüceyrələri bölünüb çoxaldıqca qan dövranı zamanı daşınan oksigen miqdarı artırır. Bu da dəriyə olduqca faydalıdır.

Xərçəng riskini azaldır
Tərkibi antioksidantlarla zəngin olan heyva polifenol(cücərtmə prosesi) vasitəsilə orqanizmi sərbəst radikallara qarşı qoruyur, xərçəng riskini azaldır.

Ürək-damar sağlamlığı
Heyvanın tərkibində potasiumun miqdarı çoxdur. Bu isə yüksək qan təzyiqini aşağı salır. Bundan başqa heyvanın tərkibindəki pektin maddəsi xolesterolu azaldır.

Həzmə yardımçı olur
Mədədə olan köp problemini həll etmək, həzmi asanlaşdırmaq üçün qaynadılmış heyva məsləhət görülür. Heyva qəbz problemini həll edir. Xüsusən də, qaynadılmış heyva çox faydalıdır.

Bağırsaq xəstəlikləri riskini azaldır
Mədə və bağırsaqları gücləndirir. İshalı dayandırmaqda təsirlidir. Heyvanın tərkibindəki liflər bağırsaq xəstəliklərinə qarşı orqanizmi qoruyur.

Qan azlığına müsbət təsir edir
Heyvanın tərkibindəki dəmir qan hüceyrələrinin çoxalmasına kömək edir. Qan azlığından əziyyət çəkənlər üçün heyva əla seçimdir.

Ağız qoxusunun qarşısını alır
Heyva anti-bakterial xüsusiyyətə də malikdir. Bu səbəbdən orqanizmdə bir çox mikro orqanizmin çoxalmasının qarşısını alır. Ağızdakı bakteriyaları məhv edən heyva pis ağız qoxusuna qarşı çox effektivdir.

Gözlərə xeyirlidir
Göz ağı, göz qapağı və kirpiklərin iltihablanması zamanı heyva yarpağını qaynadıb suyu ilə gündə bir neçə dəfə gözləri yumaq olar. Bundan əlavə heyvanın özünü və tumunu qaynadıb suyunu içmək iştahı açır, böyrək və sidik yolu iltihablanmalarının qarşısını alır.

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər