Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir?  - AÇIQLAMA

Bəzən mağazalarda müştərilərin ehtiyatsızlığı nəticəsində mallar zərər görərək istifadəyə yararsız hala düşə bilir. Bu kimi vəziyyətlər müştərilər ilə mağaza rəhbərliyi arasında anlaşılmazlıqlara yol açır. Həmin zaman bəzi müştərilər zərərin ehtiyatsızlıqdan qaynaqlandığını əsas gətirərək dəymiş ziyanı ödəməkdən imtina edirlər. Mağaza sahibi isə zərərin ödənilməsini tələb etdikdə tərəflər arasında mübahisələr baş verə bilir.

Müştəri tərəfindən mağazadakı məhsula ziyan dəyərsə, zərəri kim qarşılamalıdır?

"dogruxeber.tv" xəbər verir ki, mövzu ilə bağlı milli.az-a vəkil Emil Aslanov açıqlama verərək bildirib ki, istehlakçı hər hansı bir məhsula bilmədən ziyan vurarsa, hər zaman bu zərəri ödəməli deyil.

"Lakin bəzi sahibkarlar, alıcıların öz hüquqlarını bilməməsindən istifadə edərək dəymiş zərəri müştərilərdən tələb edirlər. Mağazada hansısa əşya sındırılıbsa, bu zərəri müştəridən tələb etmək olmaz. Bəlkə o müştərinin üzərində o qədər məbləğ yoxdur. Hüquqları pozulmuş şəxs məhkəməyə müraciət etməklə öz pozulmuş hüquqlarını və dəymiş ziyanı tələb edə bilər".

Vəkil onu da əlavə edib ki, mağazalarda sındırılma ehtimalı yüksək olan məhsulun yanında xəbərdarlıq nişanı qoyulmalıdır ki, alıcılar bunu görüb daha ehtiyatlı davransınlar. Bəzi mağazalarda təmizlik zamanı xəbərdarlıq nişanı qoyulmur, bu kimi hallarda müştəri sürüşüb nə isə sındırarsa, dəymiş zərəri qarşılamalı deyil.

"Mağazaya uyğun olaraq rəfların düzülüş qaydaları müəyyən edilməlidir. Rəfların və üzərindəki həmin malların rəfdan kənara çıxması halında, həmin mağaza sahibinin günahı ucbatından hesab olunur və istehlakçıların hər hansı ziyanı ödəmək məsuliyyəti yaranmır. Heç bir mağaza sahibi alıcıyı girov kimi saxlaya bilməz. Bu, azadlığın pozulması faktıdır və sahibkar törətdiyi əmələ görə ciddi məsuliyyət daşıyır".

Oxunub: 182

Son xəbərlər

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Bütün xəbərlər