Mal-qaranı yollarda kortəbii şəkildə APARMAYIN! DYP-dən XƏBƏRDARLIQ













Respublika ərazisində yol qəzalarının başvermə səbəbləri müxtəlifdir. Onların arasında nəqliyyat vasitəsinin mal-qara ilə toqquşması halları da az deyil.

dogruxeber.tv xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən azərtac-a bildiriblər ki, son illər mal-qaranın nəzarətsiz buraxılması nəticəsində baş verən yol qəzalarının sayı azalsa da, bu qəbildən belə hallar yenə də baş verir. Lakin əvvəllər mal-qara sahibləri məsuliyyətdən kənarda qalsalar da, indi buna imkan verilmir. Belə ki, əvvəllər mal-qara sahibləri hətta sürücüdən dəymiş ziyanın ödənilməsini tələb edir, bəzən buna nail olurdular. Son illər Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti (YPX) Alayının regionlarda yerli əhali ilə keçirdiyi görüşlər müsbət nəticələr verir və mal-qaranı nəzarətsiz qoyanların sayı xeyli azalıb. Xüsusən günün qaranlıq vaxtlarında mal-qaranın nəzarətsiz qalması, heyvanların magistral yollardan kortəbii şəkildə keçirilməsi yol-nəqliyyat hadisələrinə səbəb olur.

Artıq DYP belə hadisələrin geniş şəkildə araşdırır və nəticədə bu cür qəzaların baş verməsinə görə məsuliyyətə cəlb olunan onlarla mal-qara sahibi var. Son vaxtlar mal-qara sahibləri qəza baş verəndən sonra gizlənməyə üstünlük verirlər. Çünki məsuliyyətə cəlb ediləcəyini bilir və bu səbəbdən heyvanın ona məxsus olduğunu gizlədirlər. Lakin YPX Alayının əməkdaşları, eləcə də nümunəvi kənd sakinləri hadisələrin üstünün açılmasında yaxından iştirak edirlər. Son illər yol polisi bu sahəyə nəzarəti gücləndirib və onlarla mal-qara sahibi ilə bağlı material məhkəmələrə göndərilib. Eyni zamanda, mal-qaranın nəzarətsiz buraxılmasına görə qəzaya düşən sürücülər də heyvan sahiblərinə qarşı məhkəmələrdə iddia qaldırıb zərərin ödənilməsini tələb edirlər. Bu, sürücülərin hüququdur.

Bəzi hallarda məhkəmələr tərəfindən avtomobillərə dəymiş 5 min manatadək maddi zərərin sürücüyə ödənilməsi ilə bağlı mal-qara sahibləri haqqında qərarlar çıxarılıb. Bu cür qərarlardan sonra artıq mal-qaranı nəzarətsiz buraxanların sayı xeyli azalıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsində mal-qaranın yolda nəzarətsiz qoyulmasına, mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Oxunub: 713

Son xəbərlər

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

Bütün xəbərlər