Xanım işçini təpikləyən aptek müdiri: “Mənə heç kim bata bilməz…”

Bakıda aptek müdirinin öz xanım əməkdaşını döyməsi videosunun yayılmasına baxmayaraq, sahibkar azadlıqda gəzir.

"dogruxeber.tv" Anaxeber.info-ya istinadən bildirir ki, bir neçə gün əvvəl mətbuatda yayılan görüntülərdə aptek müdirinin xanım əczaçını yerə yıxıb təpiklədiyi öz əksini tapıb. Hadisənin isə iyulun 7-də Rəşid Behbudov küçəsindəki aptekdə baş verdiyi açıqlanıb.

Aptekin müdiri Elnur Cabbarovdur. Döyülən əczaçı isə Aysel adlı əməkdaşdır. Lakin bu görüntülər ortaya çıxdıqdan sonra aptek müdiri Elnur Cabbarovun məsuliyyətə cəlb edilib-edilmədiyi haqda hər hansı məlumat yoxdur. Halbuki ortada bir iş adamının öz əəməkdaşına zor tətbiq etməsinin görüntüləri var. O isə bu videodan sonra belə mesaj verir ki, “mənə kimsə bata bilməz”.

Qeyd edək ki, media resurslarına gedən xəbərlərə görə Elnur Cabbarov eyni aptekdə çalışan başqa bir xanım əməkdaşının həyat yoldaşı ilə də problem yaşamaqdadır. Bu barədə Meydan TV-yə danışan Qabil Quliyev deyib ki, bu məsələnin də kökü aptek müdirinin xanım işçisini döyməsinə gedib çıxır: “Aptekdə iş yoldaşı Ayselə “müəllim dovşana oxşayır” mesajı yazıb. Aysel də ona gülüş işarəsi atıb. Elnur Cabbarovun apteklərinə nəzarət edən qadın da bunu müdirə çatdırıb ki, sənin haqqında belə deyirlər. Bu da Ayseli o cür döyüb, təpikləyib. Aysel evə gedəndə anası o vəziyyətdə onu görüb, soruşub ki, sənə nə olub? Deyib ki, müdir döyüb. Anası inanmayıb ki, nə danışırsan, belə şey olar? Qardaşımın yoldaşı da onunla aptekdə işləyir, Aysel ondan xahiş eləyib ki, kameradakı görüntüləri monitordan çəkib göndərsin. Qardaşımın yoldaşı da göndərib. Ayselin anası bundan sonra qızının döyülməsilə əlaqədar Ailə, Qadın Komitəsinə və 22-ci polis bölməsinə şikayət edib”.

Qabil Quliyev danışır ki, polis bölməsində bir müddət araşdırma gedib, sonradan Ayseldən barışıq ərizəsi alıb, işi bağlayıblar. Bunu Meydan TV-yə Ayselin digər yaxınları da təsdiqləyib. Ardınca Elnur Cabbarov videonu ona göndərənin kimliyini araşdırmağa başlayıb və Şəhanə Quliyeva olduğunu müəyyənləşdirib: “Bizdə Elnur Cabbarovun səs yazısı var, deyir ki, mənə heç kim heç nə eləyə bilməz. Beləcə, işi bağlayır. Başlayır, qardaşımın həyat yoldaşına nalayiq, heç bir əxlaqa sığmayan, təhqir dolu mesajlar yazmağa. Axırda elə bir şey yazır ki, heç bir həyat yoldaşı onu götürməzdi. Qardaşım da onun yazdıqlarını oxuyurdu. Dilə gətiriləsi ifadələr deyil. Hansı kişinin yoldaşına, bacısına o sözləri desələr, o, qəbul edərdi? Ümumiyyətlə, kiminsə yoldaşına onu yazmağı kimsə özünə necə rəva görə bilər? Bundan sonra qardaşım durub gedir onun yanına ki, nə istəyirsən? 7 ildir qardaşım Şəhanə Quliyeva ilə evlidir. Qardaşımla əlbəyaxa olurlar. Sonra gedib qardaşımdan polisə şikayət edir. Nəticədə qardaşımı tuturlar. Ona deyirəm ki, qardaşımın həyat yoldaşına niyə belə şeylər yazmısan? Deyir, yaxşı eləmişəm…”.

Zamin Quliyev haqqında cinayət işi başlanıb, ona qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. Hazırda Nərimanov Rayon Polis İdarəsində istintaq davam edir. Qabil Quliyev deyir ki, qardaşı təqsirsizdir, qarşı tərəf öz hərəkətlərilə onu təhrik edib: “Bu adam cəzasızlıq mühitində istədiyini edir. Zərərçəkmiş kimi tanınıb. Mənə deyir ki, bir şərtlə barışıq ərizəsi yazaram, qardaşın o qadını boşasın. Deyirəm, siz nə danışırsınız? Niyə boşanmalıdır? Mənim qardaşım elektrikdi, gündəlik çörəkpulu qazanmaqla məşğuldu. Belə bir adam dayandığı yerdə başına iş açıb”. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Meydan TV-nin əldə etdiyi məlumata görə, paytaxtda Maliyyə Nazirliyinin qarşısında, “Dostluq” kinoteatrının yaxınlığında, Ayna Sultanovanın heykəlinin yanında, Əhmədli qəsəbəsində “Bakı” kinoteatrının ətrafında və s. yerlərdə Elnur Cabbarova məxsus çoxsaylı apteklər fəaliyyət göstərir.

Son xəbərlər

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Bütün xəbərlər