“CNN Türk” televiziyası Qərbi Azərbaycana qayıdış mövzusunda reportaj HAZIRLADI

Türkiyənin “CNN Türk” xəbər kanalı azərbaycanlıların Qərbi Azərbaycandakı tarixi torpaqlarına qayıdışı mövzusunda reportaj hazırlayıb.

"dogruxeber.tv" xəbər verir ki, telekanal tamaşaçıların diqqətini Bakı və İrəvan arasında aparılan sülh danışıqlarına və Qərbi Azərbaycan məsələsində tarixi ədalətin bərpası ilə bağlı Azərbaycan rəhbərliyinin mövqeyinə yönəldib.

Reportaj zamanı Qərbi Azərbaycanın xəritəsi təqdim edilib, rus rəssamı Frans Rubonun çox sayda minarələrlə əhatə olunmuş İrəvan qalasının ələ keçirilmə səhnəsini təsvir edən rəsm əsəri, həmçinin, ermənilər tərəfindən şəhərin tarixi simasını məhv etmək məqsədilə dağıdılmış İrəvan qalasının divarlarının qalıqları və digər irs abidələri nümayiş etdirilib.

Reportajda Türkiyənin "Beykoz" Universitetinin professoru Raqıp Kutay Karacanın da ekspert rəyi yer alıb. O vurğulayıb ki, müasir Ermənistan azərbaycanlıların tarixi torpaqlarında yaradılıb.

"Bugünkü Ermənistan ərazisində bir zamanlar yüz minlərlə azərbaycanlı yaşayıb", – deyə ekspert bildirib və qeyd edib ki, Cənubi Qafqazın Çar Rusiyasının nəzarəti altına keçməsindən sonra bölgənin demoqrafik vəziyyəti dəyişməyə başlayıb.

"O dövrdə azərbaycanlıların yaşadığı ərazilərə kütləvi şəkildə ermənilər yerləşdirilib, eyni zamanda toponimlər dəyişdirilib. Addım-addım Qərbi Azərbaycanın tarixi və mədəni irsi, o cümlədən qəbiristanlıqlar və məscidlər məhv edilib", – deyə professor əlavə edib və xatırladıb ki, 19-cu əsrin sonlarında İrəvan ərazisində 12 məscid fəaliyyət göstərib, lakin bu gün yalnız biri – Göy məscid qalıb.

Professor, həmçinin, sovet hakimiyyəti dövründə azərbaycanlıların müasir Ermənistan ərazisindən deportasiyaya məruz qalmasını nəzərə çatdırıb və onların tarixi haqlarını bərpa etmək arzularından danışıb.

Son xəbərlər

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Bütün xəbərlər