gundem / dunya
13.03.2025, 09:15
Pekində İranın nüvə problemi üzrə üçtərəfli görüş keçiriləcək
Martın 14-də rəsmi Pekin İranın nüvə problemi üzrə Çin, Rusiya və İranın iştirakı ilə üçtərəfli görüş keçirəcək.
"dogruxeber.tv" TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
"Görüşdə Çin Xarici İşlər Nazirinin müavini Ma Çjaosyuy sədrlik edəcək", - deyə o, brifinqdə vurğulayıb.


