Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb

Ötən il Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına sədr təyin edilən Araz Paşayev 2 ay sonra Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsindən çıxarılıb…

"dogruxeber.tv" XALQ.AZ - a istinadən xəbər verir ki, Araz Paşayevin Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsindən çıxarılmasına səbəb Hesablama Palatasının bu qurumun fəaliyyətində aşkarladığı qanunsuzluqlar idi.

Xüsusi təmtəraq və təqdimatla himayədarları tərəfindən vəzifəyə gətirilən, ictimaiyyətə savadlı, yenilikçi və şəffaf kadr kimi təqdim olunan yeni sədrin fəaliyyətində Hesablama Palatasının ciddi nöqsanlar aşkarlaması və bu barədə aidiyyatı qurumlara rəsmi müraciətlər etməsi Araz Paşayevin əsas himayədarı olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Rüfət Mahmudu çətin vəziyyətə salıb.

Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb

Əldə etdiyimiz məlumata görə Rüfət Mahmud Araz Paşayev barədə yuxarılara verdiyi əla təqdimata görə qınanılıb.

Araz Paşayevin Təhsil Tələbə Krediti Fondundakı bacarıqsızlığı onun Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına necə rəhbərlik edəcəyini ciddi sual altına alıb.

Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb

Məlumata görə Elm və Təhsil nazirliyinin rəhbərliyi və digər aidiyyatı qurumlar Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yeni sədri barədə heç də ürəkaçan fikirdə deyillər. Onlar Araz Paşayevin Təhsil Tələbə Krediti Fondundakı uğursuz fəaliyyətinin İttifaqda da təkrarlana biləcəyindən narahatlıq keçirir, dəfələrlə tədbir və iclaslarda bunu Rüfət Mahmudin diqqətinə də çatdırıblar.
Qeyd edək ki, Araz Paşayev Təhsil Tələbə Krediti Fondunda əvvəl hüquqi ünvanı Rüfət Mahmuda məxsus mənzildə qeydiyyatda olan “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olub.

Bu şirkət bir çox dövlət qurumlarında dəyəri milyon manatlarla ölçülən tenderlərdə qalib elan edilib.//paliqon.info

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər