Ortadoğu şahmatı: Bu dəfə hədəfdə İran var - Kamal Əsgərov yazır...

dogruxeber.tv: - Yaxın Şərqdə baş verən son hadisələr fonunda diqqətdən yayınmayan mühüm bir məqam var: bölgədəki əsas oyunçuların qeyri-adi susqunluğu və diqqətli gözləntisi. Sanki hər kəs növbəti addımı gözləyir, nəbz yoxlayır, dərin planların işə düşəcəyi anı izləyir. İran-İsrail arasında mümkün toqquşma artıq sadəcə ehtimal deyil – bu, daha çox öncədən yazılmış bir ssenarinin tərs və mərhələli icrasını xatırladır.

Mövzu ilə bağlı araşdırmaçı jurnalist, "dogruxeber.tv" informasiya agentliyinin təsisçisi və rəhbəri Kamal Əsgərov, şəxsi sosial media hesabında diqqətçəkən analiz paylaşıb. Yazısında o, ABŞ-nin Yaxın Şərqdəki son planlarına, İranın mövqeyinə, bölgə dövlətlərinin susqunluğuna və mümkün gələcək ssenarilərə dair öz baxışını ortaya qoyur.

Mövzunun aktuallığını və ciddiliyini nəzərə alaraq həmin fikirləri oxucularımıza təqdim edirik.

Ortadoğu şahmatı: Bu dəfə hədəfdə İran var - Kamal Əsgərov yazır...

"İran-İsrail savaşında nəbz yoxlaması: susqunluq, planlar və böyük ssenari

Son hadisələr fonunda diqqət çəkən məqamlardan biri də qonşu dövlətlərin dərin susqunluğudur. Sanki hər kəs nəbz yoxlayır, hadisələrin hansı istiqamətə gedəcəyini müşahidə edir. Ancaq müşahidə olunan reallıq budur: bu savaşın arxasında ABŞ-nin xüsusi planı var.

Ukrayna məsələsində istədiyinə çatdıqdan sonra növbəti hədəfin İran olacağı, ən azından az-çox siyasi düşüncəsi olan hər kəs üçün bəlli idi. Bu dəfə fərq ondadır ki, plan daha professional və daha hiyləgər hazırlanıb. Suriya necə parçalandı? Formal olaraq Türkiyə və İsrailin əli ilə, amma planın müəllifi aydındır – ABŞ!

Əsas sual budur: İran bu dəfə hansı dövlətlərin ittifaqı ilə üz-üzə qalacaq? Suriyadan fərqli olaraq, İran nə zəifdir, nə də təcrübəsiz. Elə buna görə də, bu dəfə oyun çox qatlı, çox səssiz və çox dərindir.

Təqdirəlayiq haldır ki, qardaş Türkiyənin lideri cənab Rəcəb Tayyib Ərdoğan, ən azından sözlə İsrailin terrorçu rejim olduğunu açıq şəkildə bəyan etdi və İranın mübarizəsinin haqlı olduğunu dilə gətirdi. Amma...

Ümid edək ki, bu dəfə heç bir dövlət "ŞEYTAN"ın qurduğu oyuna alət olmayacaq. Çünki bu dəfə məsələ sadəcə İranın deyil – bütün bölgənin gələcəyidir..."

Oxunub: 484

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər