Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO

"dogruxeber.tv" bildirir ki, Xaçmaz şəhərinin mərkəzi küçələrindən biri – Nərimanov küçəsi hazırda sözün əsl mənasında “yaşıl terrorun” qurbanına çevrilməkdədir. Hər gün “yaşıl enerji”, “ekoloji layihələr”, “ağacəkmə aksiyaları” barədə pafoslu bəyanatlar verən yerli məmurlar özləri tam əksi ilə məşğuldurlar – yəni “yaşıl məhv etmə aksiyası”...

Şəkildə gördüyünüz bu ağac – bəli, düz görürsünüz – artıq “planlı şəkildə qurban seçilmiş” növbəti ağacdır. Sakinlərin verdiyi məlumata görə, bu kimi ağacların dibinə aylarla sabunlu, köpüklü su tökülür ki, tədricən qurusun. Qanunsuz ağac kəsimini "qanuni mülkiyyətə çevirməyin" ən sadə yolu da budur: əvvəl qurut, sonra de ki, "zərərverici idi", sonra da o sahəni obyekt tikmək adıyla sat.

Bütün bunlar isə sözsüz ki, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və onun “sakit və səssiz komandası”nın nəzarəti altında baş verir. Hər dəfə mətbuat sorğularına "məlumatımız yoxdur", "araşdırılır", "bizi yalanla ittiham etməyin" cavabını verən məmurlar, bu ağacların kökündəki "köpük izi"ni niyə görmürlər?

“Kəsilmiş ağacların yerində yeni biznes cücərir...”

Ağaclar quruyandan sonra yerində peyda olan obyektlər isə təsadüfən yaranmır. Obyektlərin sahibi kim olur? Bunu soruşan jurnalistə cavab verilmir. Amma Xaçmaz küçələrində yeni yaranan obyektlərin çoxunun ya başçının qohumuna, ya da yaxınlarına aid olması "məchul sual" kimi görünmür."

Bu prosesdə həm də vətəndaşların hüquqları, ekoloji mühitin qorunması, şəhərin abadlığı və ya estetik görüntüsü tamamilə heçə sayılır. Sakinlərin şikayəti ilə deyil, yalnız “obyekt planlaması” ilə idarə olunan şəhər modeli artıq Xaçmazda normaya çevrilib.
Elnur Rzayevin rəhbərlik etdiyi yerli icra strukturu, sanki əkoloji cinayətlər üçün bir "əlverişli iqlim zonası" yaradıb. Bu gün ağac kəsən sabah orman da doğrayar – deyirlər. Amma görünür, bu gün ağac doğrayan, sabah yerini doğmalarına "hədiyyə" edir.

Əgər ekologiya və ətraf mühitin mühafizəsi Prezidentin xüsusi diqqətindədirsə, bəs görəsən Elnur Rzayev və komandası hansı “toxunulmazlıq silahına” güvənərək şəhəri daş-beton bloklara çevirir? Suallara cavab verən yoxdur, amma cavab tələb edənlər getdikcə çoxalır...

"dogruxeber.tv" xəbər verir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara – Ekologiya Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinə rəsmi sorğular hazırlanmaqdadır.

Biz izləyirik. Ağacları qurutmaq asandır, amma haqqı boğmaq mümkün deyil.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO

Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO

Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO

Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO

Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO

Xaçmazda “yaşıl soyqırımı” davam edir: İcra başçısının gözü “yaşıl”da, yoxsa “yaşılda”? - FOTO

Oxunub: 1 826

Son xəbərlər

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

Bütün xəbərlər