Ağdərədə Həsənriz avtomobil yolu yenidən qurulur - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun bərpası və vətəndaşların öz doğma torpaqlarına qayıdışının sürətləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağdərə rayonunun Ortakənd–Dəmirlər və Həsənriz kənd avtomobil yollarında yenidənqurma işləri aparılır.

Agentlikdən "dogruxeber.tv"a verilən məlumata görə, layihə çərçivəsində uzunluğu 8,2 km olan Həsənriz avtomobil yolu üzrə köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının yararsız hissələri qazılaraq çıxarılıb və bərpa olunub, əks-dolğu işləri icra edilib. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli suötürücü borular quraşdırılıb.

Hazırda Həsənriz kəndinə gedən və 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulan yolda asfalt-beton örtüyünün alt layının döşənməsi işləri davam etdirilir. Eyni zamanda, zəruri hissələrdə düzbucaqlı su keçidlərinin tikintisi və təmiri, həmçinin beton küvetlərin inşası da nəzərdə tutulub.

Uzunluğu 6,9 km olan Ortakənd–Dəmirlər avtomobil yolu üzrə də köhnə asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının yararsız hissələri çıxarılıb və əks-dolğu işləri yekunlaşdırılıb. Hazırda yolda su ötürmə qabiliyyətini artırmaq üçün müxtəlif diametrli suötürücü boruların tikintisi, 400 metr uzunluğunda istinad divarının inşası həyata keçirilir. Bundan əlavə, yolun üç hissəsində körpü tipli su keçidlərinin tikintisi nəzərdə tutulub və bu istiqamətdə işlərə artıq başlanılıb.

Hər iki avtomobil yolunda tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa riayət edilməklə aparılır. Tikintinin vaxtında başa çatdırılması üçün əraziyə kifayət qədər işçi qüvvəsi və texnika cəlb edilib.

Son xəbərlər

Bu ölkə İran təyyarələrinə qadağa qoydu

Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər

Milli Məclisin sessiyası yekunlaşdı - Deputatlar tətilə çıxdı

Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

Bütün xəbərlər