Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XXVII hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “ HİKMƏT XƏZİNƏSİ” və “ HİCRANNAMƏ “ əsərləri haqqında düşüncələrim.)

İYİRMİ YEDDİNCİ HİSSƏ


Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26
Xalidə Hicran poeziysının təsiri, əhəmiyyəti olduqca böyükdür: bu, yalnız oxucuları ruhlandırmaq, həyat eşqini artırmaq, onlarda müsbət emosiyalar aşılamaq deyil, həmçinin poetik həqiqətlərin inikası üçün təbii, inandırıcı zəmin yaratmaqdır. Bu, şairdən, yaradıcı insanlardan böyük bacarıq və səriştə tələb etdiyi bir halda, Xalidə Hicran bu missiyanın öhdəsindən böyük sənətkarlıqla gəlir. Bunu bir neçə səbəbi var. Ən əsası odur ki, Xalidə Hicran heç vaxt zorla, ağlın, savadın gücü ilə yazmır. O, azad düşüncəli, azad fikirli, qəlbən, ruhən azad bir insandır. Onun fikirləri haqqa, ədalətə, təmiz, saf, ülvü bir sevgiyə əsaslanır. O, dünyaya, haqqın, ədalətin, sevginin gözü ilə baxır. Haqq, ədalət, sevgi bizim dünyamızdır. Ona gorə də Xalidə Hicran poetik həqiqətlərinin ehtiva etdiyi məna haqqa, ədalətə və təmiz sevgiyə söykənir, ondan qidalanır. Məhz bunun nəticəsidir ki, şairin qəzəllərindəki təbilik, dərin məna və mahiyyət ilk oxunuşdan diqqəti cəlb edir. Sevgi aşiqinin səmimyyətinə inanır, onların keçirdikləri iztirabları duyur, başa düşür və dərk edir. Bəzən biz özümüz də bu gözəl, təmiz hisslərin təsiri altına düşüb dərin xəyallara dalır və xoş duyğular keçiririk.

Qapasam gözlərimi dolmağa ümmandı bu qəm,
Sorma dünyada məni, özgə bir ünvandı bu qəm.

***
Hər nəfəs çəkdim, o an göylərə üz tutdu bir ah,
Demə dərdimdi bu ah, hicrinə usyndı bu qəm.

***
Baş alıb getsən əgər çöllu – biyabanə tərəf,
Bil ki, könlümdəki dərdin dolu karvandı bu qəm.

***
Qəmə sirdaşım olub köksümə dustaq ürəyim,
Gedirik bu yolu bahəm, bizə mehmandı bu qəm.

***
Bu səfil qəlbə zülm etdi kədər, qüssə- qəhər,
Kiçicik mehdən əsər, susmayan hicrandı bu qəm.

***
Demə ki, Xalidə Hicran niyə çöllərə düşüb?
Mən ki, karvan quluyam, ömrümə sarvandı bu qəm.

Mənim fikrimcə, elə ecazkar sənət nümunələri var ki, onları incələmək, şərh etmək, nəsə bir söz demək, bəlkə də onun dəyərini, qiymətini azaldar, bir sayğısızlıq olardı. Xalidə Hicranın nümunə gətirdiyimiz bu qəzəllərini də bu cür mükəmməl, heç bir izahata ehtiyacı olmayan, hamı tərəfindən tam aydınlığı ilə başa düşüləcək və dərk olunacq əsil sənət örnəkləridir. Şəxsən mən inanmıram ki, diqqətlə oxuyan dostlarımızdan kimsə mənə bu fikrim üçün irad tutsun. Çünki mən onların zövqünə, savadına, biliyinə, haqqı, ədaləti həmişə üstün tutduqlarına yaxşı bələdəm. Belə insanlar qərəzçilikdən, qısqançlıqdan uzaq, genişürəkli, her şeyə sevgi ilə yanaşan, düzgün qiymətləndirməyi bacaran ziyalılardır.
Xalidə Hicranın qəzəl yaradıcılığının spesfik xüsusiyyətlərindən biri də özünün inam gətirdiyi, görüb bildiyi həqiqətləri poetik dildə ifadə etdiyi zaman ordakı səmimiyyəti, sözün yaratdığı psixoloji əhval – ruhiyyəni və onun təsir gücünü qoruyub sxlamaq istedadıdır. Fikrimcə, bu da ondan irəli gəlir ki, hər bir sözün, fikrin mahiyyətində müəllifin özünün bir MƏNİ var. Onun təxəyyülünün, fikir və düşüncələrinin süzgəcindən keçən hər bir sözdə, ifadədə bu aydın hiss olunur. Oxucularda tam əmnlik yaranır ki, verilən hiss və həyəcanlar, qəm, qüssə və kədər şairin özünün iç dünysının yaşantılarıdır, daxili əzab və iztirablarının təzahürüdür. Odur ki, bəzək-düzəksiz, rəngsiz, boyasız verilmiş fikir və ifadələr oxucuların qəlbində əbədi yer alır.

Ayrılıb getmək ilə qəlbimi qəmdən üzənim,
Bir an ayrılmaz idin, həsrətə mənsiz dözənim.

***
Oda yandırdı qəmin, qəlbimə dağ çəkdi bu dərd,
Gözümün nuri, ürək parəsi, gendən gəzənim.

***
Axı söz vermiş idin gəzməyə dünyanı qoşa,
Qayıdıb gəl,nə olar, sahmana düzsün düzənim.

***
Əhdi peymanı qırıb, vədə xilaf çıxmz idin,
Dediyin vədə tamam, dön, gözümə qan süzənim.

***
Düzü- dünya boyana al, yenə yenilməz ki, üzüm,
Gəl, açılsın ürəyim, eşqin ilə qoy bəzənim.

Bu cür deyilişə, bu cür səmimiyyətə inanmamaq olmaz. Burda güclü bir məhəbbət, elə bir güclü sevgi təsvir olunub ki, onu başqa sür demək və ya izah etmək bəlkə də bu sevginin dərəcəsini, səviyyəsini azaldardı.
Şair qəzəlin sonunda yazır
:

Gəl ki, hicran bizə yox, biz ona qalib gələrək,
Bir sürək ömrümüzü, hər qəmi asan çözənim.

***
Elə aşiqdir sənə, sevməyə doymazdı ürək,
Geri dön, Xalidə Hicranını göydən süzənim.

Burdakı deyim, burdakı yanaşma, işlədilən hər bir söz və ifadə insana bir ruhi rahatlıq gətirir incəlik, zəriflik, gözəllik bəxş edir. Çünki burda güclü bir sevginin yaratdığı ovqat var. Bu ovqat saflığa, təmizliyə, inama söykənir. Və şairin iç yaşantılarını, hiss və duyğularını, ağrı və acılrını obrazlı və ifadəli şəkildə əks etdirir. Bir daha vurğulamaq istərdim ki, Xalidə Hicran poeziyasının sağlam və bənzərsiz səmimiyyəti ilə hətta dünyanın ən ağır dərdlərinin, problemlərinin çozümünü, onun bədii həllini başa düşmək və dərk etmək olar. Bu səmimiyyət oxucularda böyük inam yaradır, onlarda maraq oyadır. Təmiz, saf, coşğun hisslər aşılaylr, həyat eşqini, sevib- sevilmək həvəsini artırır. İstər- istəməz əbədiyyətə qovuşmuş sevgilisinin ruhunu uca tutaraq onu yerdə deyil, məhz göylərdə səsləyərək “ Geri dön, Xalidə Hicranını göydən süzənim” deyən müəllifin və onun lirik qəhrəmanlrının sonsuz sevgisi və monolit iradəsi qarşısında ehtiramla baş əyirsən.
Şair başqa bir qəzəlində yazır:

Səni yaddan silə bilməz ötüşən an, a gülüm,
Keçə illər, ötə aylar, dönə dövran, a gülüm.

***
Səni anmaqla keçir hər gecəm,hər bir səhərim,
Eşidir ahımı göydəki sultan, a gülüm.

***
Xəbərin yoxdu mənim çarə gəzən halımdan,
Buna şahiddi fələk bir də ki, hicran, a gülüm.

***
Bağı – gülşəndə süzüb bülbülü- şeyda, a gülüm,
Büzüşüb soldu qızılgül, gözü al-qan, a gülüm.

Xalidə Hicranın daha bir qəzəlində oxuyuruq:

Səni sevdim ki, sevən könlümə bir şah olasan,
Demedim gözlərə yaş, qəlbəsə min ah olasan.

***
Dilədim eşq oduna sən də Kərəmtək yanasan,
Mənim eşq səltənətimdə uca padşah olasan.

***
Bulud olsam yağış ol,mən yağış olsam selə dön,
Axaq eşq nəhrinə, dəryada ümidgah olasan.

***
Geri dönməklə məni şad elə sən,istərəm həm,
Sənə eşqimdəki sadiqliyə agah olasan.

***
Oluban Xalidə Hicran da vəfadar yara,
Eşqi məbəddisə, sən sakini – dərgah olasan.


Xalidə Hicran böyük fəzilət sahibidir. Onun bütün varlığı, mənəvi dünyası fəzilət dəyərləri ilə yoğrulub, naxışlanıb. Biz bu barədə sonra ətraflı yazacağıq. Ancaq indi oxucularımız üçün daha anlaşıqlı olsun deyə qismən də olsa onun şəxsi həyatı, sevgisi, məhəbbəti haqqında bir neçə cümlə yazmaq istəyirəm. Və bir daha vurğulamaq istəyirəm ki, Xalidə xanım istisna olunmuş yeganə insanlardandır ki, Ulu Tanrı onu qüsursuz yaratmışdır. Mənəvi gözəlliyi kimi cismani gözəlliyi də insanları valeh edərdi. Küçədə gedəndə adamlar ayaq saxlayıb istər-istəməz onun ardınca baxardılar. Həyat elə gətirdi ki, onu sonsuz və tükənməz məhəbbətlə sevən və özünün də biganə qalmadığı tələbə yoldaşı Hicranla ailə həytı qurdu. Bu da Allahın işi idi və təbii ki, böyük Yaradan onların taleyini, qismətini belə yazmışdı. Amma təəssüf ki, onların xöşbəxtliyi uzun sürmədi. Xalidə xanım vətənindən çox-çox uzaqlarda, yad bir ölkədə- Sinqapurda bəlkə də özündən çox sevdiyi həyat yoldaşını vaxtından çox-çox əvvəl itirdi. Bu itki ona çox ağır başa gəldi...Lap çox...Sanki bütün dünyasını itirdi Xalidə xanım. Sevimli ömür – gün yoldaşının vaxtsız ayrılığı onun həyatında və yaradıcılığında ömürlük kədərli, qəmli bir eıegiyaya çevrildi.

Tarimar olmuş könül, hər ləhzə çəkmişdir qəmi,
Gəl ki, gülsün qəlb evim, bilsin nədir eşq aləmi.

***
Qoy şikayət etməsin qəlbim qəmi- dildaridən,
Hər qəmi şəkər bilib, dadmaq imiş sevda dəmi.

***
Gəl ki, hicran divartək dövrəyə almış məni,
Eşq olub dərya ki, cismin yel qapan başsız gəmi.

***
Hicran almış könlümü, hicranına qurban olum,
Qəm dolu eşq dünyamın Hicran olubdur həmdəmi.

***
Xalidə Hicran çəkir karvanını qart dərdlərin,
Dərd əkib, biçmiş qəmi, dalğalanır dəniz zəmi.


Xalidə xanım öz dərdini danışan, sevincini, kədərini, hisslərini kiminləsə bölüşən deyil. O, özü ilə, öz içi ilə danışan, öz dərdini- sərini öz içində çəkən adamdır. Amma Hicranın ayrılığı onu yandırıb – yaxdı, yerindən oynatdl, acı, kədərli, qəmli bir eıegiyaya çevrilib gözlərində yaşa, dilində acı nəğməyə döndü.

Necə nəşəli idi yar, bəxtimə güntək gülənim,
Gordüm uyqumda, fəqət, olmadı halım bilənim.

***
Baxıram yollara, gözlər yenə qan yaşla dolur,
Bitir hər bir gilədən gül- qəmə boynum bükənim.

***
Yolunu gözləyirəm boynu bükük güı kimi mən,
Sən bülbül ol, yağış ollam, gülün ustə çilənim.

***
Sevərək ayrılığı yazdı Yazan bəxtimizə,
Dönüb iqbalımız ondan ,hələ yoxdur gələnim.

***
Görəsən, həzmi alır, halıma baxdıqca fələk ?
Məni candan vuraraq ruhumu pərvaz edənim,

Xalidə Hicran başqa bir qəzəlində yazır:

Qəm- qüssə ilə Tanrı yazıb alnıma qismət,
Küsmə, ürəyim, dərdə düşən canımı neynim?

***
Qəlbim iki hicran daşıyır, ruhuma minnət,
Hicranı şirin, qəlbimə sultanımı neynim?

***
Kor oldu gözüm yollara baxmaqla saraldı,
Qurban dediyim yoxdursa, qurbanımı neynim?

***
Pünhanı çəkir Xalidə Hicran qəmi- eşqi,
İmdadıma yet, mən belə pünhanımı neynim?

Son xəbərlər

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

Bütün xəbərlər