Xaricdə yaşayanların Azərbaycana qayıtdıqda yaşadığı “mental mədəniyyət şoku”

DogruXeber.tv” olaraq uzun illər xaricdə yaşayan soydaşlarımızla aparılan müsahibə və müşahidələr göstərir ki, onların Azərbaycana dönüşü çox zaman nostalji ilə başlayır, amma qısa müddətdə sərt reallıqla toqquşur. Bu toqquşma fərqli ölkələrin iqtisadi və siyasi fərqlərindən daha çox, mental mədəniyyət fərqindən qaynaqlanır. İnsanlar doğulduqları yerə qayıdır, amma gördükləri mühit artıq onlara tanış gəlmir — çünki dəyişən ölkə yox, özləridir.

İllərlə Avropada, Amerikada və ya başqa açıq sistemli ölkələrdə yaşamış biri üçün qaydalarla idarə olunan, şəffaf, şəxsiyyətə hörmətin olduğu, insanların bir-birinə məsafə saxladığı həyat tərzi “normallıq” sayılır. Amma Azərbaycana qayıtdıqda onları dərhal fərqli bir “norma” qarşılayır: insanlar səni şəxsiyyət kimi yox, ailənin, bölgənin, geyimin və ya cinsiyyətinin daşıyıcısı kimi qiymətləndirir. Qapalı suallar, icazəsiz müdaxilələr, şəxsi sərhədlərə laqeydlik — bunlar hamısı, qayıdan insanda əvvəlcə gərginlik, sonra isə məyusluq yaradır.

DogruXeber.tv” üçün danışan bəzi qayıdışçılar deyirlər ki, onların ən çox təəccübləndiyi şey insanlarda maraqlanmaq adı ilə müdaxilə etmə mədəniyyətinin hələ də hökm sürməsidir. “Hardasan?”, “Niyə evlənmirsən?”, “Niyə işsizsən?”, “O saç nədir?”, “Bura o deyil ha, özünü elə aparma” kimi cümlələr — xaricdə formalaşmış sərbəst, azad və özünə qarşı şəfqətli düşüncəni dərhal sındırır. İnsan burada yalnız yaşamaq istəmir, özünü qorumalı olur.

Geyimdən danışıq tərzinə, gülüş səsinə, dost seçiminə qədər — hər şeyin sosial filtrlərdən keçməli olduğu bir mühitdə yaşamaq, bir çox qayıdışçını tez bir zamanda ya təkrar getməyə məcbur edir, ya da depressiyaya salır. Çünki “evə qayıtmaq” illüziyası çox tez dağılır və yerini “mən bura artıq aid deyiləm” hissi alır.

Digər tərəfdən, dövlət sisteminin qapanmış, köhnəlmiş strukturları, süründürməçilik, “kimisə tanımadan həll olmayan işlər” də bu insanlarda qəzəb doğurur. Xaricdə öyrəndikləri şəffaflıq, nəticəyə fokuslanmış yanaşma burada "səbirli ol, gözlə, əlaqə tap" sistemi ilə əvəzlənir. Bu isə onların içində sistemə qarşı güclü bir inamsızlıq yaradır. Məsələ təkcə passportun dəyişməsində və ya sənəd prosesində deyil — məsələ, adamın insan kimi hiss edə bilməməsindədir.

Cəmiyyətin bəzi təbəqələri bu fərqliliyi düşmənliklə qarşılayır. Qayıdan insana “xaricdə dəyişilib, millətdən uzaq düşüb” damğası vurulur. Halbuki dəyişən onun tərbiyəsi yox, dünyagörüşüdür. İnsan başqa mədəniyyətləri, hüquqlarını, sərhədlərini, komfortunu tanıdıqdan sonra daha əvvəlki kimi ola bilmir. Amma Azərbaycana qayıtdıqda ondan məhz əvvəlki kimi olması gözlənilir. Elə bil illərlə başqa planetdə yaşayıb, indi yenidən köhnə versiyasına qayıtmalıdır.

Bu şok təkcə fərdi böhran deyil, iki mədəniyyət arasında sıxışan şəxsi kimlik dramıdır. Burada nə tam qürbətçisən, nə də tam vətəndaş. Nə sən ora tam aidsən, nə də artıq bura. Bu ikilik insanı bölür, ruhunu yorur və onu susmağa və içində yaşamağa məcbur edir. “Bura da mənimdi” demək istədikcə, cəmiyyət “özünü bizdən üstün tutma” cavabını verir.

Əslində isə belə insanlar bu ölkəyə lazımdır. Xarici təcrübə görmüş, tənqid etməyi, özünə sərhəd çəkməyi, demokratik münasibət qurmağı bilən insanlar — cəmiyyətin inkişafı üçün zənginlikdir. Amma onların ətrafına divar çəkilirsə, “bizim kimi olmamısan” deyilib yersiz adaptasiya gözlənilirsə, bu insanlar yenidən getməyə, sükuta və uzaqdan seyr etməyə məhkum qalır.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər