ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək

Elm və Təhsizl Nazirliyi iki gün ərazində iki tender keçirib.

"DogruXeber.tv" xəbər verir ki, bununla bağlı nəticələr açıqlanb.

Məlum olub ki, ETN-in Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkə üzrə 2 ədəd məktəbəqədər, 17 ədəd tam orta məktəb binalarının tikintisinin və 2 ədəd modul tipli tam orta məktəb binalarının quraşdırılması işlərinin layihə-smeta sənədlərinin hazırlanmasını sifariş edib. Keçirilən tenderin qalibi isə “DESIGN PROJECT” MMC olub. Bununla bağlı tərəflər arasında 2.5 milyon manatlıq müqavilə imzalanıb.

Digər tender isə Respublika üzrə təhsil müəssisələrində təmir və abadlıq işlərini əhatə edir. Bu müsabiqənin qalibi “Bakımexanizasiyanəqliyyat” ASC olub. Nazirlik bu işləri gördürmək üçün şirkətə 9 milyton 17 min 159 manat ödəyəcək.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, ETN-lə “Bakımexanizasiyanəqliyyat” ASC-nin yolları son bir ildə daha iki dəfə kəsişib. Belə ki, nazirlik bu ilin sentyabrında bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya və təmir işlərini sözügedən şirkətə həvalə edib. Bu zaman tərəflər 7 milyon 671 min 106 manata anlaşıblar.

Bundan əvvəl isə tərəflər arasında 18.10.2024-cü ildə satınalma müqaviləsi imzalanıb. Həmin vaxt “Bakımexanizasiyanəqliyyat” ASC Təhsil Nazirliyinin bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin sifarişini həyata keçirib. Bunun müqabilində isə Emin Əmrullayevin nazirliyindən 4 milyon 771 min 43 manat pul alıb.

Qeyd edək ki, “Bakımexanizasiyanəqliyyat” ASC-nin yaranma tarixi ilə bağlı ziddiyyətli xəbərlər var. Məsələn, bəzi mənbələrdə şirkətin 1924-cü ildə “Qafqazenerjimontaj” tresti adı ilə yaradıldığı və 20 noyabr 2000-ci ildə “Bakımexanizasiyanəqliyyat” ASC adı ilə fəaliyyət göstərdiyini yazıb. Digər açıq mənbələrdə isə “Bakımexanizasiyanəqliyyat” ASC-nin 1 iyun 2004-cü ildə yaradıldığı, nizamnamə kapitalının 128 212 manat olduğu qeyd edilir. Həmçinin şirkətin qanuni təmsilçisinin isə Zabir Nağıyev Sadıx oğlu olduğu vurğulanır.

Lakin bütün bunlara baxmayaraq, bu şirkət Azərbaycan bir çox iri layihələrin həyata keçirilməsində iştirak edib. Son zamanlar isə Elm və Təhsil Nazirliyinin tenderlərinin qalibi olur. Bunu rəsmi saytlardan da aydın görmək mümükndür. Çünki son bir ildə bu ASC yalnız ETN-in tenderlərinin qalibi olub.

Qarşı tərəfi də dinləməyə hazırıq.//Tribunainfo.az

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər