20 milyonluq tender: Təhsil nazirliyini “ELEMENT YT”yə bağlayan nədir?

Elm və Təhsil Nazirliyi son bir ildə yanğından mühafizə avadanlıqlarının alınmasına 20 milyon 830 min manat pul xərcləyib.

"DogruXeber.tv" bildirir ki, nazirliyin tabeliyində olan Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi belə tenderlərdən birini bu gün reallaşdırıb.

Belə ki, nazirliyin sözügedən idarəsi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işlərinin satınalınmasına dair tenderin nəticəsini açıqlayıb. Məlum olub ki, müsabiqənin qalibi “ELEMENT YT” QSC olub. Şirkətlə nazirlik arasında bu işlər üçün 10 milyon 165 min 227 manatlıq müqavilə bağlanıb.

JAM.az açıq mənbələrə istinadən bildirir ki, nazirlik eyni şirkətlə ötən ildə bahalı saziş imzalayıb. Belə ki, 26.11.2024-cü ildə “ELEMENT YT” QSC-yə yanğından mühafizə avadanlıqlarının alınması və quraşdırılması üçün 10 milyon 664 min 973 manatlıq sifariş verib.

Amma nazirliklə şirkət arasında eyni məzmunlu tenderlər əvvəlki illərdə də baş tutub. Belə ki, bu məqsədlə tərəflər arasında 12.399.775,71 manat 11.11.2020-ci il, 13.099.713,9 manat 21.09.2021-ci il, 15.144.749,4 manat 07.10.2022-ci il, 14.461.575,32 manat 20.11.2023-cü il, 10.621.760,17 manat 11.12.2024-cü il tarixlərində 5 satınalma müqaviləsi bağlanılıb. Bundan əlavə Elm və Təhsil Nazirliyi 03.09.2024-cü ildə Elm və Təhsil Nazirliyinin inzibati binasında mövcud olan yanğınsöndürən balonların təkrar doldurulması xidmətlərinin yerinə yetirilməsi üzrə “ELEMENT YT” QSC ilə 1.420,72 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELEMENT YT” (VÖEN: 2005410371) Qapalı Səhmdar Cəmiyyətinin 16.01.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, 8 NOYABR, ev.15, qanuni təmsilçisi kimi isə Paşayev Mətləb Allahverdi oğlu qeyd olunub.

Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 25.01.2022-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Aqayev Fərhad Surəddin oğlu olub. Daha sonra Abbasov Elçin Təmraz oğlu müxtəlif vaxtlarda şirkətə rəhbərlik edib.//tribunainfo.az

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər