Mingəçevirdə icra başçısı ilə bağlı ağır ittihamlar: Şəhərdə narazılıq böyüyür

Mingəçevir şəhərində icra hakimiyyəti ilə bağlı narazılıqların artması fonunda İlham İsmayılovun fəaliyyətinə dair irəli sürülən ittihamlar yerli ictimai müzakirələri daha da gücləndirib. “DogruXeber.tv” redaksiyasına daxil olan məlumatlara görə, sakinlər Mövcud rəhbərliyin vəzifədən azad edilməsinin regionun inkişafı üçün vacib olduğunu bildirirlər.

Məlumatlarda qeyd olunur ki, Mingəçevirdə bir sıra qəzalı binaların aşağı mərtəbələri qeyri-yaşayış sahəsinə çevrilib və bunun İsmayılovun yaxın çevrəsinin iştirakı ilə həyata keçirildiyi iddia edilir. Şəhərin yaşıllıq fonduna ziyan vurulması, o cümlədən qırmızı kitaba düşən ağacların kəsilməsi də narazılığın əsas səbəbləri sırasındadır. Yaşıllığın yerində müxtəlif obyektlərin tikdirilməsi şəhər sakinləri tərəfindən ciddi etirazla qarşılanır və bu addımların icra başçısının “xeyir-duası” ilə həyata keçirildiyi bildirilir.

Şəhərin ekoloji durumunun pisləşməsi, ağacların məhv edilməsi və baxımsızlıq Mingəçevirə “ekoloji kabus” yaşatdığı kimi qiymətləndirilir. Sakinlər bildirirlər ki, İlham İsmayılov sabiq nəqliyyat naziri Ziya Məmmədovun icra hakimiyyəti sistemindəki “son adamı” kimi tanınır və həmin dairələrin dəstəyi ilə vəzifəyə gətirilib. Məlumata görə, İsmayılov əvvəllər Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Aran Regional İnkişaf Şöbəsinin müdiri, daha sonra isə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Ziya Məmmədovun hakimiyyət strukturlarından uzaqlaşdırılmasından sonra isə İsmayılov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin “xeyir-duası” ilə icra başçısı postuna təyin edilib. Məlumatlarda həmçinin bildirilir ki, deputat Aydın Mirzəzadənin də bu təyinatda xüsusi rolu olub və bu səbəbdən son iki parlament seçkisində icra başçısının deputatın siyasi yolunun “təmizlənməsi” üçün ciddi canfəşanlıq göstərdiyi iddia edilir.

DogruXeber.tv” qeyd edir ki, bu məlumatlar ictimaiyyət arasında geniş rezonans yaratmaqda davam edir və Mingəçevir sakinləri baş verənlərlə bağlı rəsmi qurumlardan izahat gözləyirlər.

Qeyd edək ki, məlumatın mənbəyi Yeniçağ.az saytıdır.

Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Oxunub: 192

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər