gundem / sosial / bolge / Cəmiyyət
11.08.2025, 15:30
Zərdab, İmişli, Quba və Tovuz rayonlarında ağacların kəsilməsi və süni göllərin yaradılması ekoloji tarazlığı pozur
Son dövrlərdə Zərdab, İmişli və Tovuz rayonlarında vəzifəli şəxslərin təşəbbüsü ilə meşə zolaqlarında və ya yaşıllıq sahələrində ağacların kütləvi şəkildə kəsilməsi müşahidə olunur.
“dogruxeber.tv” xəbər verir ki, bu prosesin bəzi hallarda qanunsuz aparıldığı və təbii ekosistemin ciddi zərər gördüyü barədə yerli sakinlər narahatlıq bildirirlər. Ağacların məhv edilməsi ətraf mühitə mənfi təsir göstərir, torpaq eroziyasına və hava keyfiyyətinin pisləşməsinə səbəb olur.
Eyni zamanda, bölgələrdə süni göllərin yaradılması layihələri də ekoloji balansı dəyişdirir.
“dogruxeber.tv” qeyd edir ki, süni göllərin qurulması bəzən yerli su ehtiyatlarının azalmasına və torpaq strukturlarının dəyişməsinə gətirib çıxarır. Vətəndaşlar bu məsələlərə dair dövlət qurumlarından izahat tələb edir və ekoloji vəziyyətin qorunmasını istəyirlər.



