“Manato” və “Azpulmat”ın ŞOK QANUNSUZLUĞU: Telefonunuzda olan məlumatlar təhlükədə!

DogruXeber.tv: - Son günlər “Manato” və “Azpulmat” adlı kredit təşkilatları ilə bağlı narahatlıq doğuran hallara dair şikayətlər daxil olur. Məlumata görə, bu şirkətlər müştərilərin telefonlarında saxlanılan kontaktlara daxil olaraq borclu şəxslərin məlumatlarını əldə edir və həmin nömrələrə zəng edirlər. Məqsəd isə borc barədə digər şəxsləri xəbərdar etməkdir.

Bu hadisə bir sıra hüquqi və texniki sualları gündəmə gətirir: Bu fəaliyyət qanuni sayılırmı? Kredit təşkilatlarının müştərinin telefon kontaktlarına çıxış üçün icazəsi varmı? Və ən önəmlisi, məsələnin kibertəhlükəsizlik riski nə qədərdir?

Hüquqşünas Əli Məmmədov Nocomment.az -a bildirib ki, müştərinin telefon kontaktlarına icazəsiz daxil olmaq və borc haqqında məlumatları yaymaq Azərbaycan qanunvericiliyinə ziddir:

“Müştərinin şəxsi məlumatları qorunur və kredit təşkilatları yalnız qanunla müəyyən edilmiş hallarda və yalnız müştərinin yazılı razılığı ilə bu məlumatlara çıxış əldə edə bilər. Əgər şirkətlər müştərinin məlumatlarını icazəsiz əldə edib yayırsa, bu həm mülki, həm də cinayət məsuliyyətinə səbəb ola bilər. Həmçinin, şəxsi məlumatların yayılması üçün cərimələr və müvafiq hüquqi sanksiyalar nəzərdə tutulub”.

Kibertəhlükəsizlik mütəxəssisi Leyla Quliyeva NOCOMMENT.az-a bildirib ki, müştərinin telefonuna icazəsiz daxil olmaq ciddi təhlükəsizlik problemi yaradır:

“Bu cür fəaliyyətlər təkcə şəxsi məlumatların pozulması ilə nəticələnmir, həm də müştəri sistemlərinin virus və digər kiberhücumlara qarşı müdafiəsini zəiflədə bilər. Şirkətlər yalnız xüsusi icazə ilə və qanuni proqram təminatı vasitəsilə borc məlumatlarını idarə etməlidirlər. İcazəsiz giriş həm məlumat təhlükəsizliyi, həm də kibertəhlükəsizlik baxımından ciddi risk yaradır”.

Ekspert qeyd edib ki, borc xatırlatma üçün telefon kontaktlarına icazəsiz daxil olmaq həm qanunsuzdur, həm də kibertəhlükəsizlik baxımından risklidir

“Müştərilər öz məlumatlarının qorunması üçün kredit təşkilatları ilə əlaqə saxlamalı və hüquqi yollardan məlumatların qanunsuz istifadəsinə qarşı tədbir görməlidirlər.”//neqativ.com/

Son xəbərlər

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bütün xəbərlər