gundem / iqtisadiyyat / Səhiyyə / Cəmiyyət
27.11.2025
Elmi Cərrahiyyə Mərkəzinə 1,1 milyon manatlıq tibbi avadanlıqlar alınacaq
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tibbi cihazlar və alətlər alacaq.
"DogruXeber.tv" xəbər verir ki, Mərkəz bununla əlaqədar “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti ilə 1 milyon 183 min 585,91 manat dəyərində müqavilə imzalayıb.
Qeyd edək ki, “Azəri Med” QSC 2004-cü ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 8 milyon 255 min 510 manat olan şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.//Teleqraf



