Pul alır, amma pul vermir: “Meqa Sığorta” şirkətindən narazılıq var – FOTO

Noyabrın 16-da jurnalist Vazeh Bəhramoğlu Mehdiyevin idarə etdiyi avtomobil qəzaya uğrayıb.

O, “BMW” markalı, 77-KR-055 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsindən üzü “Bakıxanov” stansiyasına doğru hərəkət edən zaman anidən köməkçi yoldan baş yola çıxan avtomobil tərəfindən vurulub.

Vazeh Bəhramoğlu avtomobilinə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün “Meqa Sığorta” ASC-yə müraciət edib. Amma şirkət ona dəymiş ziyandan xeyli aşağı məbləğ təklif edib.

"DogruXeber.tv" xəbər verir ki, jurnalist Publika.az-a məsələ ilə bağlı bunları bildirdi: “Dəymiş ziyanın dəyərləndirilməsi, yəni təklif edilən məbləğ heç bir halda məni qane etmədiyindən hadisəni ictimailəşdirmək məcburiyyətində qaldım.

Beləliklə, Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin müvafiq rəyindən sonra baş vermiş yol qəzasında günahım olmadığı təsdiq edildi. Bundan sonra zərərin qiymətləndirilməsi üçün “Meqa Sığorta” ASC tərəfindən Babək prospektində yerləşən “GM Baku Center” adlı avtoservisə müraciət etməyim məsləhət olundu. Adıçəkilən ünvana getdim, sığorta şirkətinin əməkdaşı bir neçə fotoşəkil çəkdi və “1-2 gün ərzində sizə cavab veriləcək”, – deyə qeyd etdi.

İki gün sonra isə “Meqa Sığorta” ASC-dən “Avtomobilinizə dəymiş zərər 1330 azn dəyərləndirilmişdir”, – deyə cavab aldım. Göndərilən linkə daxil olaraq bu təkliflə razılaşmadığımı, dəymiş ziyanın qeyd olunan məbləğdən artıq olduğunu bildirdim. Ardınca *8778 nömrəsi ilə əlaqə saxlayaraq bu haqda sığorta şirkətini məlumatlandırdım. Dedilər ki, qısa müddətdə müraciətimə baxılıb qərar veriləcək. Lakin üzərindən 3 gün keçsə də heç bir cavab almadım. Odur ki, bu gün yenidən sözügedən sığorta şirkəti ilə əlaqə saxladım. Şirkətin qiymətləndirmə şöbəsindən bildirdilər ki, ilkin məbləği artırıb 1400 manat ediblər. Yəni cəmi 70 manat…

Təbii ki, bu da qaneedici deyil. Çünki təklif olunan məbləğə “BMW” (F30) markalı avtomobilin ön farasını, ön “bufer”ini, fara yuyanını, qabaq sağ qanadını (krilo) dəyişdirmək, həmçinin dəmirçi, rəngsaz və “bufer” ustasına zəhmət haqqı ödəmək mümkün deyil. Müraciət etdiyim digər avtoservis və ehtiyat hissələri satışı mağazası bundan xeyli artıq qiymət müəyyən edib – təxminən 2000 manat. Avtomobildən və təmir işlərindən başı çıxanlar da bunu təsdiqləyə bilər. Lakin şirkətin nümayəndəsi buna məhəl qoymadı və təklif etdikləri məbləğdə israr etdi.

“Meqa Sığorta” ASC media nümayəndəsinin başına bu oyunu açırsa, vay sadə vətəndaşın halına… Odur ki, başıma gələnləri əsas gətirərək vətəndaşlara “Meqa Sığorta” ASC-yə yox, ölkədə fəaliyyət göstərən digər sığorta şirkətlərinə müraciət etmələrini, onların xidmətlərindən yararlanmağı tövsiyə edirəm. Təbii ki, əgər bu cür problemlə üzləşmək, 10 gün maşınsız qalmaq, taksilərə pul xərcləmək istəmirlərsə…”

Jurnalist sonda qeyd etdi ki, bu məsələdə nəzarətedici, istehlakçıların hüquqlarının müdafiəçisi funksiyasını yetirə yetirən Mərkəzi Banka müraciət edəcək.

Pul alır, amma pul vermir: “Meqa Sığorta” şirkətindən narazılıq var – FOTO

Pul alır, amma pul vermir: “Meqa Sığorta” şirkətindən narazılıq var – FOTO

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər