Qobu Bələdiyyəsində torpaq talanı: qohumbazlıq mexanizmi, sənəd oyunları və prokurorluq araşdırması - VİDEO

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən "DogruXeber.tv"nin baş redaktoru Kamal Əsgərova ünvanlanan rəsmi cavab məktubu Qobu bələdiyyəsinin fəaliyyəti ətrafında uzun müddətdir səsləndirilən faktların hüquqi əsaslarla təsdiqləndiyini göstərir.

Rəsmi sənəddə açıq şəkildə qeyd olunur ki, Abşeron rayonu Qobu bələdiyyəsinin sədri Araz Nəcəfovun qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş müraciətlər əsasında materiallar toplanıb və həmin materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Eyni zamanda, Qobu bələdiyyəsinin 2020–2024-cü illər üzrə fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırılıb və toplanmış sənədlər 03.06.2025-ci il tarixində hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

Bu faktlar onu göstərir ki, Qobu bələdiyyəsi ilə bağlı səsləndirilənlər ayrı-ayrı narazılıqlar deyil, sistemli və ardıcıl xarakter daşıyan qanun pozuntularıdır.

Mövcud məlumatlara görə, Qobu ərazisində yerləşən dəyərli və perspektivli torpaq sahələri bələdiyyə sədrinin yaxın qohumlarının adına rəsmiləşdirilib. Torpaqlar birbaşa Araz Nəcəfovun adına keçirilməyib, müxtəlif texniki sənədləşmə mexanizmləri vasitəsilə xalamoğlularının və digər yaxın qohumlarının adına yönləndirilib, sonradan isə satılaraq əldə olunan vəsaitlər mənimsənilib.

"DogruXeber.tv" tərəfindən yayımlanan səs yazısında Rəhman adlı şəxsin dedikləri bu mexanizmin mahiyyətini açıq şəkildə ortaya qoyur. Həmin şəxs Araz Nəcəfovun xalamoğlu olduğunu açıq etiraf edir, torpaq sahələrinin məqsədli şəkildə bələdiyyə sədrinin adına deyil, öz adlarına və digər qohumların adına rəsmiləşdirildiyini, daha sonra isə satıldığını bildirir. Bu açıqlamalar torpaq bölgüsünün planlı, qohumluq əlaqələrinə əsaslanan sxem üzrə həyata keçirildiyini göstərir.

İzləmək üçün toxun: ŞOK SƏS YAZISI!!!
Kənd sakinlərinin bildirdiyinə görə, ailələr böyüdükcə torpaq sahəsi əldə etmək imkansız vəziyyətə düşüb. Bələdiyyəyə müraciətlər zamanı torpaq fondunun olmadığı bildirilsə də, faktiki olaraq həmin ərazilərdə torpaqlar başqa şəxslərin adına sənədləşdirilir və satılır. Bu vəziyyət bələdiyyə torpaq fondunun vətəndaşların deyil, məhdud bir çevrənin maraqlarına xidmət etdiyini ortaya qoyur.

Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov tərəfindən müxtəlif vaxtlarda vədlər verilsə də, zərər çəkmiş şəxslərin problemləri bu günədək həll olunmayıb. Vətəndaşların maddi və hüquqi zərərlərinin aradan qaldırılması istiqamətində heç bir real addım atılmayıb.

Ədliyyə Nazirliyinin rəsmi cavabında vətəndaşların qanunsuz qərar və hərəkətlərdən məhkəməyə müraciət etmək hüququnun olduğu xüsusi olaraq qeyd edilir. Lakin mövcud faktlar göstərir ki, burada söhbət təkcə inzibati mübahisələrdən deyil, vəzifə səlahiyyətlərindən sui-istifadə, mümkün korrupsiya və cinayət tərkibli əməllərdən gedir.

Qobu Bələdiyyəsində torpaq talanı: qohumbazlıq mexanizmi, sənəd oyunları və prokurorluq araşdırması - VİDEO

Toplanmış materialların Baş Prokurorluğa göndərilməsi Qobu bələdiyyəsində baş verənlərin artıq hüquqi müstəvidə araşdırıldığını təsdiqləyir. Bu faktlar yerli özünüidarəetmə orqanlarında qohumbazlığın, torpaq talanının və nəzarətsizliyin açıq nümunəsi kimi dəyərləndirilir.

"DogruXeber.tv" məsələni diqqətdə saxlayır və araşdırmanın gedişi ilə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edəcək.

Qobu bələdiyyə sədri Araz Nəcəfovun himayədarı onu necə qoruyur?

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər