gundem / Səhiyyə
20.12.2025, 11:15
“Caspian International Hospital”ın vergi borcu artıb
DogruXeber.tv: - Bakıda fəaliyyət göstərən “Caspian International Hospital”ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb.
Özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir.
Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 26 583 862.06 manata çatıb.
Qeyd edək ki, “Caspian International Hospital” 2010-cu ildə dğvlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi və baş direktoru Abbasov Cəbrayıl Neymət oğludur.//İqtisadiyyat.az


