Bu sahibkarlara maliyyə sanksiyası tətbiq edilməyəcək

“Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, bu ildən Azərbaycanda “üfüqi monitorinq”in tətbiqinə start verildi. Yeni monitorinq vergi risklərini vergi orqanına əvvəlcədən açıqlamaq imkanı yaradır. Bu isə o deməkdir ki, səyyar vergi yoxlamalarının keçirilməsi yalnız istisna hallarda mümkün olacaq.

"DogruXeber.tv" xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

“Praktik olaraq, yeni qaydalar səyyar yoxlamaların sayını daha da minimumlaşdıracaq. Bütövlükdə, son illər səyyar yoxlamaların sayının azalması müşahidə olunur. Belə ki, 2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Səyyar yoxlamaların sayı 2023-cü illə müqayisədə 29%, 2018-ci ilə nisbətən isə 5 dəfə azalıb.

Yeni monitorinqdə vacib məqamlardan biri də bəzi hallarda maliyyə sanksiyalarının tətbiq olunmamasıdır. Yeni dəyişikliklərə əsasən, risklər əvvəlcədən vergi orqanına açıqlanıbsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Yalnız açıqlanmayan risklər vergi orqanı tərəfindən aşkar edildikdə – 25% maliyyə sanksiyası tətbiqi nəzərdə tutulur.

Vergi orqanı “üfüqi monitorinq”in əhatə etdiyi dövr ərzində təqdim edilən məlumatları elektron formada izləyəcək. Yeni sistemin əsas üstünlüyü əvvəlcədən məsləhətləşmə mexanizmi ilə vergi risklərinin azaldılmasıdır. Maliyyə intizamının və korporativ idarəetmənin yaxşılaşmasına xidmət edəcək “üfüqi monitorinq” iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanı azalan qalıq və ya düz xətt metodu ilə hesablamaq seçiminin verilməsi də nəzərdə tutulur.

Avtomatlaşdırılmış uçotu aparan və daxili nəzarət sisteminin tətbiq edən orta və iri sahibkarlar “üfüqi monitorinq”ə qoşula bilərlər. Bu həmçinin orta və iri ödəyicilərlə vergi orqanları arasında şəffaf əməkdaşlıq mexanizmi kimi xarakterizə olunur”, – o bildirib.

Oxunub: 113

Son xəbərlər

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Avro və rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bryansk bölgəsindəki meşədə beş yeniyetmə azıb

Sinif yoldaşını yandıran şagirdlə bağlı QƏRAR VERİLDİ

Bakının bir sıra yollarında tıxac yaranıb

"Qalatasaray" məğlub oldu

ABŞ öz vətəndaşlarına Livanı tərk etməyi məsləhət görüb

“Nazirlər və prezidentlər paytaxtdan kənarda çox şeyi görmürlər”

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Bütün xəbərlər