“Sirab” suları sağlamlığa təhlükədir? — AQTA açıqladı

DogruXeber.tv: - Son illər bazarda satılan qazlı suların tərkibi ilə bağlı ictimai müzakirələr artmaqdadır. Xüsusilə diqqət çəkən məqamlardan biri də təbii mineral sularla süni şəkildə qazlandırılan sular arasındakı fərqdir. Məsələn, Təbii “Sirab” kimi məşhur mineral suların bulağından çıxan qazın miqdarı və xarakteri bazarda satılan qazlı sulardakı qaz intensivliyi ilə eyni deyil. Bu isə haqlı olaraq suallar doğurur: Qazlı sulara hansı qazlar vurulur? Bu qazlar təbii mənşəlidirmi, yoxsa texnogen prosesin nəticəsidir? Və ən əsası, bu fərqlilik insan sağlamlığı və ekoloji tarazlıq baxımından hansı riskləri yarada bilər?

Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tribuna.az-ın suallarını cavablayıb.

“Demək olar ki, bütün qazlı sularda istifadə olunan qaz karbon dioksiddir (CO₂).
Başqa qazlar (məsələn, azot və ya oksigen) dad, təhlükəsizlik və sabitlik baxımından uyğun olmadığı üçün içməli sularda praktik olaraq istifadə olunmur. CO₂ suda həll olduqda karbon turşusu (H₂CO₃) əmələ gətirir ki, bu, qazlı suya yüngül turş dad, “dil sancması” hissi, həmçinin mikrobioloji davamlılıq verir.
Təbii CO₂ vulkanik bölgələrdə, yeraltı qaz yataqlarında, təbii mineral suların tərkibində mövcuddur. Ona görə də bu sular yerin dərin qatlarından artıq öz-özünə qazlı çıxır. Lakin, qida sənayesində həmçinin texnogen, yəni sənaye mənşəli CO₂-dən də istifadə olunur. Bu karbon qazı ammonyak istehsalından, fermentasiya (spirt, pivə) proseslərindən və təbii qazın emalından əldə olunur. Qida sənayesi üçün CO₂ yüksək dərəcədə təmizlənir, ağır metallar, kükürd birləşmələri və s. tam çıxarılır.
“Sənaye mənşəli” qaz “zərərli” demək deyil. Belə ki, sağlam insan üçün təbii və texnogen CO₂ arasında praktik fərq yoxdur.

Qeyd edək ki, orqanizm CO₂-ni onsuz da metabolizmin yan məhsulu kimi istehsal edir. Amma, müəyyən risk qrupuna daxil olan şəxslər üçün mümkün təsirlər mövcuddur. Belə ki, mədə problemi (məsələn, qastrit) olan şəxslərdə qazlı su içdikdən sonra şikayətlər yarana bilər. Həmçinin, qazlı suların tez-tez və uzunmüddətli istehlakı diş minasının zəifləməsi, şişkinlik və meteorizm (bağırsaqlarda normadan artıq qaz toplanması) kimi sağlamlıqla bağlı problemlərə zəmin yarada bilər. Lakin, bütün bu təsirlər CO₂-nin mənbəyindən asılı olaraq yaranmır. Yəni, mənbəyindən asılı olmayaraq, tərkibində karbon dioksid olan suların mütəmadi istehlakı yuxarıda qeyd olunan təsirlərin yaranmasına gətirib çıxara bilər.”

Son xəbərlər

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir

Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU

Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?

Məşhur futbolçu saxlanıldı

Bakıdan Şəkiyə yasa gedirdilər: Qəzaya düşdülər

“Qarabağ” Avropa Liqasında “Beşiktaş”la qarşılaşa bilər

Ermənistan İrandan bu raketləri aldı

Google illər sonra dəyişir

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq

Millimiz Fransaya qarşı

İran İsrailə qarşı sərt bəyanat yaydı

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb

Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi

Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO

Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır

İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?

Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi

Ağır qəza olub: Yaralılar var

Güclü külək nəticəsində Bakıda 41 ağac sınıb

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

"Bu gecə və ya sabah gecə bizi böyük bir hücum gözləyir"

“İranın uranı Qazaxıstanda saxlanıla bilər”

Qızıl və gümüş bahalaşdı

İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB

Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi

Bütün xəbərlər