Sabah hava necə olacaq?

Yanvarın 27-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağıntıların intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

Oxunub: 141

Son xəbərlər

Azərbaycandan xaricə turist axını artdı

Taksilər və sərnişinlər üçün qərar ÇIXDI: Gediş haqları BAHALAŞIR?

Litvanın Baş nazirinin Azərbaycana səfəri gözlənilir

Vətən müharibəsindən sonra 421 nəfər minaya düşüb - Hikmət Hacıyev

Kremlin Zəngəzur HAZIRLIĞI – Rusiyanı kim tətiklədi…

Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlər saxlanıldı

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşası dekabra qədər başa çatacaq

SON DƏQİQƏ! Polis məlumat yaydı: Azərbaycanda 45 nəfər tutulub

Ötən ay 3 nəfər zəhərlənərək ölüb

Rusiyanın itkiləri yeniləndi

Gəncədə avtomobil mağazaya çırpıldı

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxıb

Xarici valyutaların MƏZƏNNƏSİ

Qızıl və gümüş ucuzlaşır

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Tramp Baş prokuroru işdən çıxardı

Türkiyə millisinə yeni himn bəstələyəcək

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

İranın "şah əsəri" vuruldu

Maaş və pensiyalar artırıla BİLƏR

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Sabahdan bağça müəllimlərinin yerdəyişməsi başlayır

Rasim Balayevin yerinə yeni namizəd irəli sürüldü

"Üçtərəfli danışıqlar dayandırılıb" - Putinin köməkçisi

Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələb edilə bilməz - RƏSMİ

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Türk Dünyasının gənc alimləri Azərbaycanda bir araya gəlir

65 pilotumuz Türkiyədə təlimlərə cəlb olunub

Bütün xəbərlər