gundem / iqtisadiyyat / Cəmiyyət / Manşet
11.02.2026
Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi
Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi fərdi sahibkar Qurbanov Emin Eyvaz oğlu ilə satınalma müqaviləsi imzalayıb.
"DogruXeber.tv"nin Qaynarinfo-ya istinad məlumatına görə, müqavilədə icarə xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 14 496 manatdır.
Emin Qurbanov deputat Eyvaz Qurbanovun oğludur. Eyvaz Qurbanov parlamentdə 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsini təmsil edir. O, 2011-2024-cü illərdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.



