Firdovsi Əliyev hər il eyni şirkətə yol təmir etdirir - 615 min manatlıq tenderin izi ilə

DogruXeber.tv: Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhəri üzrə İcra Nümayəndəliyi "Elman” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

Müqavilədə Samux şəhərində bir sıra yol və küçələrdə əsaslı təmir işləri nəzərdə tutulur. Təmir işlərinə görə şirkətə 615 449,34 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Elman” MMC 28 dekbar 2004-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı qeyd edilməyib. "Elman” MMC-nin hüquqi ünvanı Yevlax rayonu, Aran qəsəbəsində yerləşir. Şirkətin qanuni təmsilçisi Quliyev Zakir İbrahim oğludur.

Ondan əvvəl şirkəti Ələkbərov Namit Cəlal oğlu, daha əvvəl isə Süleymanov Elnur Talış oğlu təmsil edib. Bu şəxslərinin heç biri haqqında açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. "Elman” MMC haqqında da məlumat yoxdur. Şirkətin maddi-texniki bazasının səviyyədə olduğu məlum deyil.

Bununla belə, Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhəri üzrə İcra Nümayəndəliyi birqayda olaraq təmir və abadlıq işlərini bu şirkətə tapşırır. Ötən il qurumla şirkət arasında 387 786,78 manatlıq, 2023-cü ildə isə 298 901,32 manatlıq satınalma müqaviləsi imzalanıb. Hər iki müqavilədə yolların və küçələrin əsaslı təmiri nəzərdə tutulub.

Həmçinin 2023-cü ildə Samux Rayon İcra Hakimiyyəti ilə "Elman” MMC arasında abadlıq işləri ilə bağlı 213 944,68 manatlıq müqavilə imzalanıb.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Elman” MMC yalnız Samux Rayon İcra Hakimiyyəti və Samux Şəhər İcra Nümayəndəliyində sifarişlər alır. Bu da müəyyən şübhələr yaradır. Axı "Elman” MMC alternativssiz şirkət deyil. Azərbaycanda kifayət qədər populyar inşaat şirkətləri mövcuddur. Necə ola bilər ki, Samux Rayon İcra Hakimiyyəti və Samux şəhər İcra Nümayəndəliyinin tenderlərini yalnız "Elman” MMC qazanır? Bu sualın cavabı açıq qalır.

Samux Rayon İxra Hakimiyyətinin başçısı Firdovsi Əliyevdir. O. 2023-cü ildən Samuxa rəhbərlik edir. Təsadüfə baxın ki, "Elman” MMC də məhz Firdovsi Əliyev Samuxa icra başçısı təyin ediləndən sonra tenderlərdə qalib gəlməyə başlayıb.

Firdovsi Əliyev 1995-2000-ci illərdə deputat olub. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib. O, 2004-2023-cü ilədək isə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində çalışıb.

Firdovsi Əliyevin Samux şəhəri üzrə nümayəndəsi isə Elşad Qasımovdur. Bu şəxsin adı tender əməliyyatlarında hallanır. \\Qaynarinfo

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər