“500 min manat alacağım vardı” – Bina tikintisi qalmaqalı

Bakıda sahibkara çoxmənzilli yaşayış binasının tikintisinə köməklik edəcəyinə söz verərək ona qarşı dələduzluq edən Aydın Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"DogruXeber.tv"nin Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri ilə davam edib.

Şahid R.S Aydın Cəfərovu tanıdığını bildirib:

“Həmin gün ofisə Müşfiq Muradovla görüşməyə gəlmişdim; ondan beş yüz min manat alacağım vardı. Müşfiq 10 000 verdi, dedi qalanını sonra verəcəm. Çox keçmədən Afət xanım gəldi. Müşfiqə dedim: “Məndən aldığın pulla borclarını ödədinmi, sonra canını boğazına yığmasınlar?”. O da qayıtdı ki, sənin nəyinə lazımdır, hamısını verəcəm. Aydın müəllim ora gələndə Azadxan dedi ki, bu işi qanun çərçivəsində həll edəcək.

Müşfiq dedi ki, Afət əl çəkmirdi, alınan puldan 270 min Afətə getdi. Mən özüm Afətdən 40 000 manat faizə götürüb bu Aydın Cəfərova vermişəm. Müşfiq mən Rusiyada olandan bloklamışdı məni. Bir sözlə, bu vicdansız aldığı pullarla borclarını qaytarmaqdansa, aradan çıxıb”.

Növbəti proses 6 mart saat 15:30-a təyin olunub.

Xatırladaq ki, təqsirləndirilən şəxs Aydın Cəfərov tanışı Müşfiq Muradov və başqaları ilə qabaqcadan əlbir olaraq ötən ilin yanvarında “Azland Residence” MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 96F saylı sahədə çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına köməklik göstərəcəyi ilə bağlı iş adamı Azadxan Xanməmmədova vəd verib.

O, Azadxan Allahqulu oğlu Xanməmmədova özünü Azərbaycanın dövlət qurumlarının yüksək vəzifəli şəxsləri ilə işgüzar əlaqələrinin olduğunu, eləcə də özünü Azərbaycan Respublikasının ali kateqoriyalı orqanının yuxarı vəzifəli şəxsinin qeyri-rəsmi köməkçisi kimi təqdim edib.

“Alliance Plaza”dakı ofisində görüşləri və telefon danışıqları zamanı Azadxan Xanməmmedovdan çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına görə, özü və Müşfiq Muradovun vasitəsilə birbaşa yolla 500.000 (beş yüz min) manat məbləğində pul vəsaitini alıb.

Daha sonra təqsirləndirilən şəxs tikiləcək çoxmənzilli yaşayış binasının eskiz layihəsinin çəkilməsinin zəruri olduğunu və həmin eskizi çəkdirəcəyinə inandıraraq Azadxan Xanməmmədovdan 6 min manat alıb. Beləliklə, Aydın Cəfərov etibardan sui-istifadə etmə yolu ilə Azadxan Xanməmmədova məxsus 506.000 manat məbləğində pulu mənimsəyərək ona qarşı xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Oxunub: 69

Son xəbərlər

“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı

Texnologiya Universitetinin rektoru Yaşar Ömərov əməkdaşlara belə davaranır: Hamınızı pis günə qoyacam-Video

Binəqədi rayonunda parkda göl qurudulur? -Video

Zəngilan Məktəbində Nələr Baş Verir? –İDDİALAR

"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq

"Bu olmasa, sülh sazişi imzalanmayacaq" - Prezident

Yeni Azərbaycan Partiyası-nın Xətai rayonu təşkilatının 33 illiyi qeyd olunub

“500 min manat alacağım vardı” – Bina tikintisi qalmaqalı

Elşad Quluyev vəzifəsindən azad edildi

İlham Əliyev "France 24"ə müsahibə verdi

Ermənistan dəmir yollarında Rusiya idarəçiliyinin üçüncü bir ölkəyə verilməsini istəyir

Yoxsulluq genetik ötürülür

Emil Səlim həbs edildi

Sürət həddi endirildi

Tramp növbəti gəmini Yaxın Şərqə niyə göndərib?

İcra başçısının nə marağı var idi ki... CAMAAT ZÜLMƏ SALINIB? - “Vesta Construction” İŞİNDƏ ŞÜBHƏ!

Məhkəmə işə gecə yarısı baxır? -Bakı Apellyasiya Məhkəməsi gecə 12-də yazılı icraatda akt çıxarıb (?)

Dövlət Xidməti yaranma gününü qeyd etdi

Qarabağdan qənimət kimi ələ keçirilən mal-qaranı FƏDA ABBASOV SATDIRIB! -Şəhid ailəsi ŞOK FAKTLARI AÇIQLAYIR...

Ata Abdullayev azadlığa buraxıldı

Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:Dayı-bacıoğlu tandeminə "DUR" deyən olacaqmı?!

“MİDA”nın 2.3 milyonluq layihəsinə “stop” qoyuldu

Hava kəskin DƏYİŞİR: Güclü külək XƏBƏRDARLIĞI

Parlamentdə dostluq, biznesdə düşmənçilik –Ağalar Vəliyev Yılmaz Okukluya niyə “ilişdi”?”

Cərrahiyə Klinikasında Fariz Camalovun və Fərhad Sultanovun əməliyyatından sonra xəstə ölüb - Video

Elektron ticarətlə məşğul olanlar üçün yeni qanun – Artıq…

Bu avtomobillər rüsumlardan azad EDİLDİ

Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar - ŞOK İDDİA

Vətəndaşlar mediada gedən məlumatların bir müddət sonra silinməsini tələb edə bilər

İnvestisiyanın dövlət tərəfindən alınmasının yeni əsası müəyyənləşdirilir

Bütün xəbərlər