Cərrahiyə Klinikasında Fariz Camalovun və Fərhad Sultanovun əməliyyatından sonra xəstə ölüb - Video

Şirəliyev Kamran Tacəddin oğlu həyat yoldaşının ölümündə həkim səhlənkarlığı olduğunu iddia edir.

DogruXeber.tv: - Onun sözlərinə görə, 28 noyabr 2025-ci il tarixində həyat yoldaşı Şirəliyev Arzu Azərbaycan Tibb Universitetinin Cərrahiyə Klinikasında çanaq nahiyəsindəki kistanın götürülməsi məqsədilə aparılan əməliyyatdan sonra dünyasını dəyişib. Şikayətçi bildirir ki, əməliyyat zamanı yol verilən ciddi tibbi səhvlər sonradan gizlədilib.

Kamran Şirəliyevin iddiasına əsasən, həyat yoldaşı əməliyyat günü faktiki olaraq həyatını itirib. Lakin bu fakt ailədən gizlədilərək vəziyyət “koma” adı altında təqdim olunub və mərhum 18 gün xəstəxanada saxlanılıb. Şikayətçi hesab edir ki, bu müddət ailəni sakitləşdirmək və baş verənləri ört-basdır etmək məqsədi daşıyıb.

Vətəndaş bildirir ki, əməliyyatda kafedra müdiri Fariz Camalov Hidayət oğlu və ikinci cərrah kimi Fərhad Sultanov iştirak edib. Onun sözlərinə görə, əməliyyatdan iki saat sonra Fərhad Sultanov onu otağına çağıraraq əməliyyatın “həddindən artıq uğurlu keçdiyini” bildirib.

Eyni zamanda şikayətçi qeyd edir ki, paralel olaraq Fariz Camalovun assistenti Nərgiz adlı tibb işçisinə zəng edilərək xəstənin ayaq barmaqlarında reaksiya olub-olmadığının yoxlanılması tapşırılıb. Bu zəngdən qısa müddət sonra isə xəstənin vəziyyətinin kritik olduğu məlum olub.

Kamran Şirəliyev bildirir ki, həyat yoldaşının ölümü əməliyyat zamanı tətbiq olunan tibbi müdaxilə ilə bağlıdır. Onun sözlərinə görə, belin boşluq hissəsinə vurulmalı olan iynə ürək nahiyəsinə vurulub. Şikayətçi qeyd edir ki, ailə üzvlərindən biri mərhumun yanına daxil olarkən iynənin bel nahiyəsində deyil, məhz ürək nahiyəsində olduğunu müşahidə edib və bunu şəkil çəkərək sənədləşdirib. Buna baxmayaraq, bu tibbi müdaxiləni kimin etdiyi və hansı əsasla aparıldığı bu günə qədər rəsmi şəkildə açıqlanmayıb. Şikayətçinin iddiasına görə, həyat yoldaşı vəfat etdikdən sonra kafedra müdiri Fariz Camalov onunla söhbət zamanı açıq şəkildə məsuliyyəti inkar edən və cəmiyyət üçün ciddi narahatlıq doğuran ifadələr işlədib. Kamran Şirəliyev bildirir ki, Fariz Camalov ona belə deyib:

“Sən mənə heç nə edə bilmərsən. Kağıza nə yazsam, o da olacaq. Mən çox əməliyyatlar etmişəm, ölənlər olub. O qədər adam olub ki, deyib buranı bomba qoyub partladacam, amma görürsən, 14 mərtəbənin hamısı yerindədir, heç yer partlamayıb”.

Vətəndaş hesab edir ki, bu cür ifadələr təkcə ailəyə qarşı hörmətsizlik deyil, həm də tibb sistemində cəzasızlıq mühitinin açıq göstəricisidir./Patrul/

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər