Bakıda qayınatasını öldürən şəxs: Alimentə görə qətlə yetirdim













Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Samir Şabanovun işi üzrə məhkəmə prosesi davam edib.
dogruxeber.tv trend-ə istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin qardaşı Sahib Şabanov bildirib ki, qardaşı ailəsi ilə birgə onlarda yaşayıb: "Samirin arvadı Zülfiyyə 6 aylıq hamilə olanda o, Qazaxıstana işləməyə getmək istədi. Qızın ailəsi buna etiraz etsə də, Samir getdi. Sonra da Zülfiyyə çıxıb atasıgilə getdi və orada yaşamağa başladı. Samir qayıdanda artıq uşaq dünyaya gəlmişdi, o, övladını görmək üçün Hətəmin evinə getsə də, görüşə icazə verməmişdilər. Daha sonra Zülfiyyə Samirdən boşandı və məhkəmə uşağa görə aliment kəsdi. Bir müddət sonra Samirin alimentə görə borcu yığıldı, onlar da ödəmədiyi üçün onu məhkəməyə vermişdilər.

Hadisə olan gün də Samir məhkəməyə getmişdi. Gələndən sonra dedi ki, Hətəmlə mübahisə etmişəm. Sonra anam dedi ki, Samir ona Hətəmi öldürdüyünü deyib. Mən inanmadım, çünki əvvəl də bir neçə dəfə belə demişdi. Yatdıq, səhər polislər gəlib bizi aparanda, Hətəmin öldüyünü bildim".

S.Şabanov deyib ki, alimentə görə 6 min manat borcu yaranıb və ödəyə bilməyib: "Məhkəmədə Hətəmlə mübahisə etdim, evə gələndən sonra axşam yenə Hətəmlə görüşüb mübahisə etdik. Hadisə də orda oldu".

İttihama görə, 2018-ci il aprelin 21-də Sabunçu rayonu, Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Məmmədov küt alətlə başından vurularaq qətlə yetirilib. Hadisəni törədən Samir Şabanov saxlanılıb. S. Şabanov H.Məmmədovun qızının həyat yoldaşı olub.

Oxunub: 652

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər