Şahdağ istiqamətində xətlər yenilənir - “Azərişıq”  - VİDEO

“Azərişıq ASC Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkə ərazisində istismar müddətini başa vurmuş elektrik şəbəkəsini yenidən qurur, təmir-bərpa işləri aparır.

"DogruXeber.tv" xəbər verir ki, görülən işlər Xaçmaz Enerji Təchizatı və Satışı İdarəsini (RETSİ) də əhatə edib. Ötən il Xaçmaz RETSİ ərazisində 14 kəndin elektrik şəbəkəsi tam yenilənib. Hazırda region üzrə 17 kənddə yenidənqurma işləri davam etdirilir.

Xaçmaz RETSİ ərazisinə daxil olan Qusar rayonunda bir neçə kənddə təmir-bərpa işləri yekunlaşdırılıb. Yenidənqurma işləri nəticəsində 110/35/10 kV-luq “Qusar” yarımstansiyası ilə 35/10 kV-luq yarımstansiya arasında 35 kV-luq ikidövrəli xətt çəkilib. Yuxarı Tahircal kəndinin 10 kV-luq elektrik şəbəkəsi də yenidən qurulub. Eyni zamanda 0.4 kV-luq xətlərdə cari təmir və yenidənqurma işləri aparılıb. Həmçinin Əvəcük, Gündüzqala, Xürəl, Köhnə Xudat qazmalar kəndlərinin elektrik şəbəkəsi də tamamilə yenilənib.

2026-cı ilin ilk günlərindən başlayaraq Şahdağ istiqamətində elektrik təsərrüfatında təmir-pərpa, sazlama işlərinə start verilib. Yararsız dayaqlar yenilənir, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Son günlərdə yağan güclü qar və şaxtalı hava da əməkdaşlarımız üçün maneə deyil. Bütün çətinliklərə baxmayaraq Şahdağ istiqamətində işlər fasiləsiz davam edir. Şahdağ istiqamətində 6 kənddə – Çubuqlu, Bədirqala, Langi, Aladaş, Laza, Əlix kəndlərində təmir-bərpa və yenidənqurma işləri aparılır.

Şahdağ istiqamətində görülən işlər yekunlaşdıqdan sonra Qusarda həm mərkəz, həm də ətraf kəndlər daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq. Xatırladaq ki, “Azərişıq” ASC bütün regionlarda, həmçinin Qarabağ və Şərqi Zəngəzurda mərhələli şəkildə təmir-bərpa və yenidənqurma işlərini davam etdirir. Məqsəd abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməklə yanaşı, enerji itkisini minimuma endirməkdir.

Son xəbərlər

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Sabah dövlət büdcəsinin icrası müzakirə ediləcək

ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb

Ruslan Quliyev vəfat etdi

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu

Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA

Moskva məhkəməsi Xodorkovskini 10 il azadlıqdan məhrum edib

Bütün xəbərlər