gundem / dunya
23.02.2026
ABŞ Suriyada daha bir hərbi bazasını boşaldır
ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın şimal-şərqindəki Əl-Hasake əyalətindəki Kasraq bazasından qüvvələrini çıxarmağa başlayıb.
"DogruXeber.tv" xəbər verir ki, bu barədə Suriya televiziya kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, "Amerika qoşunları əl-Hasake əyalətindəki Kasraq bazasından İraq Kürdüstanına doğru geri çəkilməyə başlayıb".
Fevralın 15-də Qərb koalisiya qüvvələri əl-Hasake əyalətindəki əl-Şəddadi bazasını tərk edib. Bir neçə gün əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələrinin əl-Tanf bazasından son olaraq çıxarıldığını və nəzarətin Suriya ordusuna təhvil verildiyini təsdiqləyib.



