Vüqar Qurbanov vəzifələri içki məclislərində bölürmüş - FAKTLAR

DogruXeber.tv: - 2021-ci ilin isti yay günlərinin birində başlanan qeyri-rəsmi söhbətin sonradan ciddi idarəçilik və korrupsiya iddialarına çevrildiyi bildirilir.

Həmin vaxt Ağdam rayonu Soltanbud meşəsində keçirilən qonaqlıq zamanı səsləndirilən vəd bir neçə ay sonra reallaşıb və bu təyinatla birlikdə xəstəxanada qanunsuzluqlar zənciri başlayıb.

Məlumata əsasən, 17.12.2021-ci il tarixində Kamil Həsənov Ağdam Rayon Mərkəzi Xəstəxanasına (RMX) direktor vəzifəsini müvəqqəti icra edən şəxs kimi təyin olunub. Bundan sonra isə dövlət əmlakının mənimsənilməsi, vəzifələrin pulla satılması, diplomsuz şəxslərin işə götürülməsi, sertifikasiyadan keçməyən tibb işçilərinin fəaliyyətə buraxılması kimi hallar baş verdiyi iddia olunur.

İrəli sürülən iddialara görə, 3000-5000 AZN müqabilində tibb bacısı, 8000-10000 manat qarşılığında isə sürücü və mühafizəçi vəzifələrinə təyinatlar həyata keçirilib. Həmçinin maliyyə yoxlamaları zamanı aşkar edilən yeyintilərin cüzi cərimə ilə ört-basdır edildiyi bildirilir.

Bundan əlavə, Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Sadıqova Mətanət və digər şəxslərlə əlbir olaraq saxta xəstə bülletenlərinin açılması, mövcud olmayan xəstələrin adına dərman yazılması və həmin dərmanların apteklərdə satışa yönləndirilməsi kimi ağır ittihamlar səsləndirilir.

Ən diqqətçəkən iddialardan biri isə 06.02.2024-cü il tarixində 5 həftəlik hamiləliyin pozulması əməliyyatı keçirildiyi göstərilən xəstənin 28.02.2024-cü ildə “qəysəriyyə əməliyyatı” ilə sağlam uşaq dünyaya gətirməsi barədə sənədləşmə aparılması ilə bağlıdır. Bu faktın tibbi baxımdan mümkünsüz olduğu vurğulanır.

İddialarda həmçinin xəstəxana vasitəsilə 70 nəfərə əlillik qrupu verilməsi və bununla dövlətə zərər vurulması, eləcə də ANAMA əməkdaşları ilə bağlı tibbi arayışların şübhəli şəkildə rəsmiləşdirilməsi məsələləri də yer alır.

Nəhayət, bildirilir ki, 2025-ci ilin yanvar ayında Vüqar Qurbanov əvvəl verdiyi vədi yerinə yetirərək Kamil Həsənovu Ağdam RMX-na direktor təyin edib. /nocomment/

Son xəbərlər

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Bütün xəbərlər