Sabunçuda TİKİNTİ XAOSU... DAVAM EDİR

DogruXeber.tv: - Paytaxtın Sabunçu rayonunda qanunsuz tikinti ilə bağlı növbəti narahatedici məlumat redaksiyamıza daxil olub. Məlumata görə, Bakıxanov qəsəbəsində yerləşən Möcüzə market yaxınlığında yeni tikinti işlərinə start verilib. Məlumata əsasən, aparılan tikinti işləri marketin sahibi kimi tanınan Hacı Rasim tərəfindən həyata keçirilir. Bildirilir ki, tikinti işləri heç bir məlumat lövhəsi olmadan, aidiyyəti qurumların icazəverici sənədləri olmadan aparılır. Bu isə ciddi suallar doğurur: görəsən, paytaxtın mərkəzi küçələrindən biri olan Nazim İsmayılov küçəsi üzərində aparılan bu tikintidən dövlət qurumlarının xəbəri varmı? Məsələ ondadır ki, sözügedən obyekt və onun sahibi əvvəllər də oxşar qalmaqallarla gündəmə gəlib. Belə ki, mediada yayılan məlumatlara görə, “Möcüzə” market ətrafında piyada səkilərinin və yol kənarlarının zəbt edilməsi ilə bağlı iddialar səsləndirilmişdi. Hətta marketin ətrafında səkilərin ticarət sahəsinə çevrildiyi və vətəndaşların sərbəst hərəkətinin məhdudlaşdırıldığı bildirilirdi.

İndi isə görünən odur ki, bu proses daha da irəli gedərək yeni tikinti işləri ilə davam etdirilir. Artıq təkcə qanunsuz genişlənmə deyil, həm də şəhərsalma qaydalarının açıq şəkildə pozulması deməkdir.Sual yaranır,Sabunçu Rayon İcra Hakimiyyəti bu tikinti barədə məlumatlıdırmı? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında bu obyektlə bağlı hər hansı icazə sənədi varmı? Paytaxtın ortasında aparılan bu tikinti hansı əsasla həyata keçirilir? Qeyd edək ki, Bakı şəhərində hər hansı tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədləri və layihə təsdiqi tələb olunur. Əks halda aparılan tikinti qanunsuz hesab olunur və sökülməsi barədə qərar verilə bilər.//Nyus.Az

Oxunub: 148

Son xəbərlər

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

Hidayət Heydərov Avropa çempionatında finala YÜKSƏLDİ

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olundu

Bu kəndə getmək mümkün deyil – Vəziyyət ağırlaşır

Gülüstan Əhmədova toyda dünyasın dəyişdi

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Cənubi Koreyada sabiq prezidentə həbs tələbi - Prokurorluqdan ittiham

AAYDA-nın qurumu ləğv edilir

Almaniyaya getmək istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ!

Kamran Əliyev Türkiyəyə baş sağlığı VERDİ

Memar: WUF13-ün Bakıda keçirilməsi şəhərsalma siyasətində mühüm hadisədir

Bütün xəbərlər