"WhatsApp"da yenilik

“WhatsApp”, hesabı olmayan istifadəçilər üçün qonaq çatları sınaqdan keçirməyə başlayıb.

"DogruXeber.tv" “WABetaInfo” portalına istinadla xəbər verir ki, “Android” platformasında bir neçə ay davam edən sınaqlardan sonra funksiya iOS və veb-versiyada bəzi beta-testerlər üçün də əlçatan olub. Yeni rejim link vasitəsilə qorunan yazışmaya başlamağa imkan verir. Lakin hazırda funksiya müəyyən məhdudiyyətlərlə işləyir: qrup çatları, zənglər və fayl əlavələri dəstəklənmir, həmçinin 10 gün aktivlik olmadıqda yazışma avtomatik olaraq dayandırılır.

“WhatsApp”ın “iOS TestFlight” və veb-beta versiyasından istifadə edən bəzi istifadəçilər qonaq çatlara çıxış əldə ediblər. Bu funksiya ilk dəfə ötən ilin avqustunda Android beta versiyanı test edənlər üçün təqdim olunub. Onun təyinatı praktiki xarakter daşıyır. “WhatsApp” istifadəçisi xidmətdə hesabı olmayan şəxs ilə söhbətə başlaya bilir.

Funksiyanın işləmə prinsipi dəvət linki mexanizmi üzərində qurulub. “WhatsApp” istifadəçisi tətbiqin “Invite a friend” bölməsində xüsusi dəvət linki yaradır və onu SMS və ya digər tətbiqlər vasitəsilə göndərir. Həmin link açıldıqdan sonra “WhatsApp Web” vasitəsilə qorunan çat sessiyası işə düşür. Beləliklə, qonaq istifadəçi söhbətə başlamaq üçün hesab yaratmaq əvəzinə sadəcə ona göndərilmiş dəvət linkini açır.

Bundan sonra sistemin kriptoqrafik mexanizmi işə düşür. Həmsöhbət qonaq kimi istifadəni davam etdirdikdə “WhatsApp Web” unikal identifikator yaradır. Bu identifikator şifrələmə açarının yaradılması üçün istifadə olunur. Nəticədə qonaq çatları tamamilə şifrələmə ilə qorunur. Bu isə o deməkdir ki, “WhatsApp” özü mesajların məzmununu görə bilmir və yazışmaya yalnız söhbətin iştirakçıları çıxış əldə edir.

Hazırda bu funksiya iOS, Android və veb-versiyada yalnız məhdud sayda beta-test istifadəçiləri üçün əlçatandır. Funksiyanın daha geniş istifadə üçün nə vaxt təqdim ediləcəyi isə hələ açıqlanmayıb.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər