gundem / dunya
20.03.2026, 10:30
Cənubi Şetland adaları sahillərində güclü zəlzələ oldu
Cənubi Şetland adaları sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.
"DogruXeber.tv" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 117 min insanın yaşadığı Çilinin Punta Arenas şəhərindən 1248 kilometr cənub-şərqdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.



