Kubilayın qətlinə görə məşhur müğənni saxlanıldı

İstanbulda Ümraniyedə reper Canbayın olduğu avtomobilə silahlı hücum edilib və hadisə nəticəsində maşında olan 20 yaşlı futbolçu Kubilay Kaan Kundakçı həyatını itirib.

"DogruXeber.tv" xəbər verir ki, hadisə ilə bağlı saxlanılan şübhəlilərin sayı yenə artıb və bəzi detallar açıqlanıb. Ötən gün cinayətlə bağlı saxlanılanlar arasında müğənni İzzet Yıldızhan da yer alıb. Amma ifaçının nə səbəbdən şübhəli qismində olduğu açıqlanmayıb.

Bildirilib ki, Kundakçı hadisə günü reper Canbay ilə birlikdə görüş üçün Ümraniyeyə gəlib. Onlar avtomobildə gözlədikləri zaman iki fərqli nəqliyyat vasitəsi yaxınlaşıb və avtomobillərdən birindən düşən şəxs atəş açıb. Ağır yaralanan gənc futbolçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Aparılan araşdırmalar nəticəsində hücumu törətdiyi iddia edilən şəxsin iş adamı Bilal Kadayıfçıoğlunun oğlu Alaattin Kadayıfçıoğlu olduğu müəyyən edilib. Hadisənin motivi ilə bağlı müxtəlif iddialar səsləndirilib. Araşdırma çərçivəsində Bilal da saxlanılıb.

Zərərçəkənin ailəsi hücumun arxasında şəxsi münasibətlər olduğunu iddia edib. Onlar bildirib ki, müğənni Aleyna Kalaycıoğlunun şəxsi münasibətləri bu hadisədə rol oynayır. Şahid qismində ifadə verən Canbay da hücumun hədəfinin özü ola biləcəyini deyib.

Qeyd edək ki, istintaq çərçivəsində Aleyna Kalaycıoğlu və anası Zuhal Kalayıcıoğlu saxlanılıb. Polis əməliyyatları zamanı ümumilikdə 8 nəfər nəzarətə alınıb, hadisədə istifadə edildiyi ehtimal olunan silah isə müsadirə olunub.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər