Xəyalə İsmayılova bu dəfə başqa klinikada fəaliyyət göstərir

DogruXeber.tv: - Bir müddət əvvəl uğursuz estetik əməliyyat iddiaları ilə ölkə gündəmini zəbt edən Dr. Xəyalə İsmayılova ilə bağlı müzakirələr yenidən aktuallaşıb.

Məlum olduğu kimi, Nəsimi rayonu ərazisində yerləşən “Uğur 777” klinikasında fəaliyyət göstərən Xəyalə İsmayılovanın heç bir rəsmi lisenziya və tibbi diplom olmadan estetik əməliyyatlar həyata keçirdiyi iddia olunurdu.

Həmin dövrdə onun əməliyyatlarının qurbanı olduqlarını bildirən vətəndaşlar kütləvi şəkildə hüquq-mühafizə orqanlarına müraciət etmişdilər.Şikayətlərin artması və ictimai təzyiq fonunda məsələ mediaya sızmış, nəticədə klinikanın fəaliyyəti dayandırılmışdı.

Bununla yanaşı, Nəsimi rayon prokurorluğunda Xəyalə İsmayılova ilə bağlı araşdırmalara başlanılmışdı. Məlumatlara görə, istintaq prosesi hələ də davam edir və məsələ hüquqi müstəvidə tam həllini tapmayıb.Bütün bunlara baxmayaraq, iddialara əsasən, Xəyalə İsmayılova hazırda fəaliyyətini başqa bir tibb müəssisəsində – “Nova Med” tibb mərkəzində davam etdirir.

Məlumat verən mənbələr bildirir ki, sözügedən mərkəzdə uzun müddətdir çalışan anası, Məlahət xanım, ona dəstək göstərərək klinikada əməliyyat aparmasına şərait yaradıb.İddialara görə, o, həyata keçirdiyi estetik müdaxilələri sosial şəbəkələr vasitəsilə də aktiv şəkildə reklam edir.

Belə ki, xüsusilə TikTok platformasında fəaliyyət göstərən “Bakı-Estetik” adlı səhifədə əməliyyat prosesləri, əvvəl-sonra görüntüləri və pasiyentlərin nəticələri mütəmadi olaraq paylaşılır. Bu paylaşımlar vasitəsilə yeni müştərilərin cəlb edildiyi, tibbi prosedurların isə açıq şəkildə nümayiş etdirildiyi bildirilir. Mütəxəssislər isə qeyd edir ki, bu cür həssas tibbi müdaxilələrin sosial şəbəkələrdə nəzarətsiz şəkildə reklam olunması həm etik, həm də hüquqi baxımdan ciddi suallar doğurur.

Artıq yeni fəaliyyət dövründə də narazılıqların ortaya çıxdığı bildirilir. Bəzi vətəndaşların yenidən onun keçirdiyi əməliyyatlardan şikayətçi olduğu qeyd olunur. Bu isə məsələni yenidən ictimai müzakirələrin mərkəzinə gətirib.

Mütəxəssislər bildirir ki, estetik və cərrahi müdaxilələrin yalnız rəsmi icazəsi və peşəkar ixtisası olan şəxslər tərəfindən həyata keçirilməsi vacibdir. Əks halda, bu cür halların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı danılmazdır.Ümid edirik ki, aidiyyəti dövlət qurumları məsələni diqqətdə saxlayaraq vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün lazımi addımlar atacaq və iddialara hüquqi qiymət veriləcək.//AzTimes.az

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər