Horovluda Ağsaqqallar seçkisi: formal proses, ciddi suallar və artan narazılıq

2026-cı il aprelin 7-də Cəbrayıl rayonunun Horovlu kəndində keçirilən Ağsaqqallar Şurasının formalaşdırılması ilə bağlı tədbir, ilk baxışda təşkilati xarakterli bir yığıncaq kimi təqdim olunsa da, prosesin gedişi və səsləndirilən fikirlər onu daha geniş ictimai müzakirə predmetinə çevirmişdir.



DogruXeber.tv xəbər verir ki,Tədbirin ümumi gedişi göstərdi ki, namizədliyin irəli sürülməsi və seçim mexanizmi formal çərçivədən kənara çıxmamışdır. Belə ki, sədr vəzifəsi üçün yalnız bir nəfərin namizədliyinin təqdim olunması və səsvermə zamanı iştirakçıların ayağa qalxaraq eyni şəxsin adını təkrarlaması, prosesin əvvəlcədən müəyyənləşdirilmiş ssenari əsasında təşkil edildiyi qənaətini gücləndirir. Bu hal seçkinin rəqabət mühitindən uzaq keçirildiyini açıq şəkildə ortaya qoyur.

Bununla yanaşı, seçkidən dərhal sonra həmin şəxsin əvvəlcədən müəyyən etdiyi şəxsləri idarə heyətinə üzv kimi təqdim etməsi və onların da faktiki olaraq təsdiqlənməsi, idarəetmə strukturunun formalaşdırılmasının əvvəlcədən planlaşdırıldığını deməyə əsas verir. Bu isə şəffaflıq prinsipinin pozulması ilə bağlı narahatlıqları daha da artırır. Tədbirin iştirakçı tərkibi ilə bağlı müşahidələr də diqqət çəkmişdir. Belə ki, iştirak edənlərin bir hissəsinin tədbirin mahiyyəti və keçirilmə prinsipləri barədə yetərli məlumata malik olmadığı görünmüş, digər hissəsinin isə əvvəlcədən hazırlanmış və müəyyən istiqamətdə yönləndirilmiş şəxslər olduğu təəssüratı yaranmışdır. Bu vəziyyət tədbirin ümumi obyektivliyinə və ictimai legitimliyinə kölgə salan amillərdən biri kimi qiymətləndirilə bilər.

Horovluda Ağsaqqallar seçkisi: formal proses, ciddi suallar və artan narazılıq


Tədbirdə kənd sakini, “DogruXeber.tv” informasiya portalının direktoru Kamal Əsgərov da iştirak etmiş və çıxışı zamanı bir sıra mühüm məqamlara toxunmuşdur. O, çıxışında keçirilən prosesin geniş ictimai maraq doğurduğunu vurğulamış, prosesin qeyri-şəffaf keçirildiyini açıq şəkildə qeyd etmiş, bu kimi tədbirlərin qapalı formada deyil, ictimai nəzarətdə açıq və şəffaf prinsiplər əsasında həyata keçirilməsinin vacibliyini bildirmişdir.
O, çıxışında xatırlatmışdır ki, əvvəlki dövrlərdə fəaliyyət göstərmiş bəzi şəxslərin davranışları cəmiyyət üçün mənfi nümunə olmuşdur. Xüsusilə qeyd etmişdir ki, Qarabağ müharibəsində sağlamlığını itirmiş bir qazinin sosial problemlərini gündəmə gətirdiyi üçün Cəbrayıl rayon icra başçısı Kamal Həsənovu tənqid etdikdən sonra, o dövrdə rayon üzrə Ağsaqqallar Şurasında təmsil olunan mərhum Fuad Şəhriyar oğlu tərəfindən qazinin deyil, məmurun müdafiə olunması cəmiyyət tərəfindən birmənalı qarşılanmamışdır.
Kamal Əsgərov bu kimi halların yolverilməz olduğunu vurğulayaraq bildirmişdir ki, bu gün keçirilən seçkilər də daxil olmaqla gələcəkdə seçilən şəxslər əvvəlki səhvlərdən nəticə çıxarmalıdır. Əks halda, belə halların təkrarlanacağı təqdirdə, o, bu məsələlərə qarşı açıq mövqe nümayiş etdirəcəyini və həmin neqativ halları ictimaiyyətin diqqətinə çatdıracağını ifadə etmişdir.

O, həmçinin kənddə mövcud problemlərin həlli ilə bağlı mühüm məqamlara toxunaraq qeyd etmişdir ki, bu kimi məsələlərin həllində kənd sakinlərindən maddi dəstək tələb olunması doğru yanaşma deyil. Əksinə, imkanlı iş adamlarının bu proseslərə cəlb edilməsi və sosial problemlərin daha sistemli şəkildə aradan qaldırılması vacibdir. Çıxış zamanı Cəbrayıl rayonunu Milli Məclisdə təmsil edən deputat Ceyhun Məmmədovun fəaliyyəti ilə bağlı da fikirlər səsləndirilmişdir. Bildirilmişdir ki, deputatın uzun müddətdir kənd sakinləri ilə birbaşa görüşlər keçirməməsi, onların sosial vəziyyəti ilə yaxından maraqlanmaması müəyyən narazılıqlara səbəb olmuşdur.

Eyni zamanda, Cəbrayıl rayon Ağsaqqallar Şurasının sədri, hörmətli ehtiyatda olan polis polkovniki Vaqif Məhərrəmov cənablarına müraciət edərək qeyd etmişdir ki, belə hallarda deputatların seçicilərlə daha sıx təmasda olması üçün öz imkanlarından istifadə etmələri məqsədəuyğun olardı. Horovlu kəndində keçirilən bu tədbir, müşahidə olunan proseslər və səsləndirilən fikirlər fonunda, yerli ictimai münasibətlərdə mövcud problemləri və narazılıqları açıq şəkildə üzə çıxaran bir hadisə kimi qiymətləndirilə bilər. Lakin prosesin gedişində müşahidə olunan məqamlar onu göstərir ki, şəffaflıq, iştirakçılıq və real seçim imkanları təmin olunmadıqda, belə təşəbbüslər cəmiyyətin gözləntilərini doğrultmur.

Əksinə, qeyri-şəffaf və formal xarakter daşıyan tədbirlər ictimai etimadı zəiflətməklə yanaşı, gələcəkdə bu kimi institutlara olan inamın azalmasına səbəb ola bilər. Bu baxımdan, şəffaf keçirilməyən tədbirlərin cəmiyyətə müsbət təsir göstərməsi mümkün deyil.

Horovluda Ağsaqqallar seçkisi: formal proses, ciddi suallar və artan narazılıq

Horovluda Ağsaqqallar seçkisi: formal proses, ciddi suallar və artan narazılıq

Oxunub: 243

Son xəbərlər

“Tezliklə azərbaycanlılar bizə hökm edəcəklər”

Siqareti tərgitmək istəyənlərin DİQQƏTİNƏ: Sizi nələr gözləyir?

Azərbaycan və Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək

Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi

Ramin Hacıyevdən Nazirliklərə sual: "10 Manat niyə tutulur?"

Türkiyədə zəlzələ oldu

Balakəndə intensiv yağışlar fəsadlara səbəb olub

Güneydə repressiyalar yenidən şiddətləndi

Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyən bakalavr sayı açıqlanıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

“Brent” neftinin qiyməti 102 dolları ötüb

Bakı həftəyə tıxacla başladı – SİYAHI

İdmançımız Ginnesin Rekordlar Kitabına düşdü

Hakan Fidan onunla İslamabad danışıqlarını müzakirə etdi

Con Nolan vəfat etdi

Ceyhun Bayramovun ailəsində ağır itki

“Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları Qəbələdə Hikmət Hacıyev ilə görüşüblər

Ərdoğan Makronla regional məsələləri müzakirə edib

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalaqızlarını öldürən Nuranənin sevgilisi imiş? – Masazırdakı cinayətin təfərrüatı

Şahin Bağırov onu Gəncə Gömrük İdarəsinə rəis təyin etdi

İmişlidə yanmış evdən meyit aşkarlanıb

1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında…

AFFA oyunları təxirə saldı - SƏBƏBİ

Hüsaməddin Cindoruk vəfat etdi

Işın Karaca Yunanıstandan deportasiya edildi

Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Rusiyanın itkiləri açıqlandı – ŞOK RƏQƏMLƏR

“Bezdik, bu qədər cərimə olmaz, 700 manat ödəmişəm”

TRİPP-in inşasında İrəvana üçüncü tərəfddaş da lazım olacaq

Bütün xəbərlər