Koronavirusun gizli fəsadı ortaya çıxdı

"Koronavirus sağalmış insanlarda allergiya yaratmır, lakin immun sistemində balans pozğunluğuna səbəb olaraq əvvəllər sağlam olan insanlarda autoimmun xəstəlikləri tətikləyə bilər".

DogruXeber.tv xəbər verir ki, bu barədə Gazeta.ru-ya Piroqov Universitetinin İnfeksion xəstəliklər və epidemiologiya kafedrasının dosenti Olqa Zıkova bildirib.

"Koronavirusun allergiya yaratdığına dair sübut olunmuş məlumat yoxdur, lakin o immun sisteminin qlobal disbalansına səbəb olur. Bunun nəticəsində immun vasitəli olaraq orqanizmin öz toxuma və orqanları zədələnir, sistemli iltihab yaranır və autoimmun xəstəliklər inkişaf edə bilər. Bu gün bir çox tədqiqatlar göstərib ki, sistemli qırmızı qurdeşənəyi, revmatoid artrit, qlomerulonefrit, vaskulit, autoimmun hepatit və digər bu kimi xəstəliklər yarana bilər", - deyə həkim izah edib.

Qeyd etmək vacibdir ki, COVID-19-dan sonra autoimmun xəstəliklərin yaranma riski bir çox amillərdən asılıdır. Bunlara yaş, keçirilmiş infeksiyanın ağırlıq dərəcəsi və yanaşı xroniki xəstəliklərin olub-olmaması daxildir.

"Hər bir virus, o cümlədən COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2 zamanla dəyişir və virusun zəiflədiyini qəti şəkildə demək mümkün deyil. Pandemiyanın əvvəlində virus insan populyasiyası üçün yeni idi və əsasən ağır xəstəlik halları qeydə alınırdı. Hazırda isə əhalinin böyük hissəsində formalaşmış immunitet (ya xəstəliyi keçirmə, ya da vaksinasiya nəticəsində) yoluxma səviyyəsini və xəstəliyin ağırlığını azaldır. Lakin risk qruplarına daxil olan şəxslərdə (5 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı böyüklər, hamilə qadınlar, şəkərli diabeti, onkoloji xəstəlikləri və s. olan insanlar) xəstəlik ağır keçə və stasionar tibbi nəzarət tələb edə bilər", - deyə həkim əlavə edib.//lent.az

Son xəbərlər

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Türkiyə millisi məğlub oldu

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

Bütün xəbərlər