ABŞ Ukraynaya milyonlarla dollar dəyərində olan silah satışını təsdiqlədi

ABŞ Dövlət Departamenti Ukraynaya ümumi dəyəri 373.6 milyon dollar olan uzaqmənzilli JDAM (Joint Direct Attack Munition) komplekslərinin satışına razılıq verib.

DogruXeber.tv xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində məlumat yayılıb.

"ABŞ Dövlət Departamenti Ukrayna hökumətinə uzaqmənzilli JDAM sistemlərinin və əlaqədar avadanlıqların mümkün satışını təsdiqləmək qərarına gəlib. Müqavilənin təxmini ümumi dəyəri 373.6 milyon dollar təşkil edir", - deyə açıqlamada bildirilir.

Məlumatda vurğulanıb ki, Kiyev rəhbərliyi 1200 ədəd KMU-572 və 332 ədəd KMU-556 JDAM quyruq hissəsinin tədarükünü istəyib. Eyni zamanda, Ukrayna tərəfinə FMU-139 partladıcısı, JDAM üçün köməkçi təchizat, ehtiyat hissələri, proqram təminatı və digər texniki ləvazimatlar təqdim olunacaq.

Qeyd edək ki, JDAM texnologiyası adi, sərbəstdüşən aviabombaları yüksək dəqiqlikli "ağıllı" sursatlara çevirmək xüsusiyyətinə malikdir. Bu sistemlər GPS naviqasiyası vasitəsilə hədəfi tam dəqiqliklə vurmağa imkan verir./oxu.az

Son xəbərlər

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Bütün xəbərlər