Səhiyyə sistemi təhlükədə – Saxta “Dr.”-lar və “tibbi bomba”ya çevrilən klinikalar

Ölkənin səhiyyə sistemi hər gün daha təhlükəli hal alır. Böyük şəhərlərdə – Bakı, Sumqayıt və Gəncə kimi mərkəzlərdə açılan özəl klinikalar, əsasən gözəllik və kosmetoloji adı altında fəaliyyət göstərən mərkəzlər sözün əsl mənasında böyük tibbi bəlaya çevrilir.
Bizimesr.com bildirir ki, sosial şəbəkələrdə yayılan foto və videolardan açıq şəkildə görünür ki, həkim olmayan, cəmi 1-2 ay kurs keçmiş və ya hansısa həkimin yanında qısa müddət çalışmış şəxslər estetik əməliyyatlar həyata keçirir, “gözəlləşdirmə”, “şəkilləndirmə” adı altında açıq tibbi prosedurlar aparırlar.

Nə qədər qəribə olsa da, ölkənin Səhiyyə Nazirliyi, o cümlədən Analitik Ekspertiza Mərkəzi və digər aidiyyəti qurumlar nə bu şəxslərlə bacara bilir, nə bu mərkəzləri bağlaya bilir, nə də bu “həkim”lərə “dayan” deyə bilir. Addımbaşı fəaliyyət göstərən bu “Klinika”lar artıq ölkədə açıq şəkildə “tibbi bomba”ya çevrilib.

Sosial şəbəkələrdə cəmi 1 saatlıq araşdırma belə göstərir ki, bu cür qanunsuz fəaliyyət göstərən mərkəzlərin sayı kifayət qədər çoxdur. Böyük bir şəbəkə kimi, xüsusilə gənc xanımlar arasında yayılan bu “gözəlləşdirmə” prosesləri geniş reklam və təbliğatla müşayiət olunur. Özlərini “həkim” kimi təqdim edən bu şəxslər gözəl görünmək istəyən insanları ciddi risk altına atırlar.

“Billur Estetik”, “Davinçi Estetik”, “Glamour Estetik”, “Beauty Derm” Mərkəzi, “Lalisa Estetik Mərkəz”, “Reel by Arıqlama Mərkəzi”, “Sema Estetik Center”, “Laser Beauty Estetik Klinikası” və yüzlələr belə bəlaya yol aşan “Klinika”lar. Hamsının da adı “klinika”…

Bəs klinika nədir? Klinika – tibbi xidmət göstərilən müəssisədir. Burada həkimlər xəstələri müayinə edir, diaqnoz qoyur və müalicə aparırlar. Bəs bu “klinika”larda kimlər fəaliyyət göstərir? Həqiqi həkimlər, yoxsa tibbdən anlayışı olmayan, peşəkar təhsili olmayan, orta məktəbi bəlkə də bitirməyən şəxslər?

Qanun yoxdurmu? – Var.
İşləyirmi? – Xeyr…

Səhiyyə naziri Teymur Musayev hansı işi görür? Bu proseslərə niyə nəzarət edilmir? Ölkənin tanınmış həkimləri, professorları niyə susur?

Bu sahədə fəaliyyət göstərən bəzi şəxslər adlarının qarşısına “Dr.”, “professor” kimi titullar əlavə edərək insanları çaşdırır, böyük vədlərlə onları riskli prosedurlara cəlb edir və bu yolla ciddi gəlirlər əldə edirlər.

Nəticədə zərər görən sadə insanlardır. Bu gün gözəllik vədi ilə edilən müdaxilələr sabah ağır fəsadlara səbəb olur, ölüm halları, yarabasmalar, sonsuzluq, və hətta ömürlük şikəst olma…

Bu səbəbdən məsələ ciddi şəkildə nəzarətə götürülməli, özünü “həkim” kimi təqdim edən, lakin tibbi ixtisası olmayan şəxslərlə bağlı ciddi tədbirlər görülməli və qanunvericiliyə uyğun ağır cəzalar tətbiq olunmalıdır.

Çünki bu problem artıq təkcə səhiyyə deyil, bütövlükdə cəmiyyətin gələcəyi üçün təhlükəyə çevrilib./bakunews.tv

Son xəbərlər

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Bütün xəbərlər