gundem / dunya
17.07.2026
İraqdakı təşkilat Trampın başına 10 milyon qiymət qoydu
İraqdakı “İslami Müqavimət” qruplaşması ABŞ prezidenti Donald Trampın öldürülməsinə görə 10 milyon dollar mükafat təyin etdiyini açıqlayıb.
DogruXeber.tv xəbər verir ki, bu barədə İran dövlət xəbər agentliyi – İRNA məlumat yayıb.
Məlumatda deyilir ki, qərar Trampın Ağ Evdə İraqın baş naziri Əli əl-Zeydi ilə görüşündən və eyni zamanda ötən günlərdə SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin öldürülməsi ilə bağlı səsləndirdiyi fikirlərdən sonra qəbul edilib.
Tramp çıxışında “Mən onu öldürdüm. O, çox pis insan idi. Həmin əməliyyatda bir iraqlı – Əbu Mehdi əl-Mühəndis də öldürüldü” ifadələrini işlədib.
Qruplaşma bu bəyanatlardan sonra Trampın öldürülməsinə görə, 10 milyon dollar mükafat vəd etdiyini açıqlayıb./Fərda Uğur



