Azad etdiyimiz torpaqlar Ermənistanı taxıl böhranına saldı – bacara bilmirlər

Ermənistanda taxıl istehsalında böhran dərinləşir.

DogruXeber.tv xəbər verir ki, son on ildə taxıl əkin sahələri təxminən iki dəfə azalıb və ölkənin idxaldan asılılığı daha da artıb.

Rəsmi statistikaya görə, 10 il əvvəl Ermənistanda taxıl bitkiləri təxminən 100 min hektar sahədə əkildiyi halda, ötən il bu göstərici 48 min hektardan da aşağı düşüb.

Ermənistanda taxılçılıq dövlət tərəfindən zəmanətli alışların və istehsalçılara sistemli dəstəyin olmaması səbəbindən rentabelli hesab edilmir. Nəticədə sahə tədricən istehsal potensialını itirir, kənd təsərrüfatı texnikası isə köhnəlməkdə davam edir.

Ölkənin taxılla özünütəminetmə səviyyəsi onsuz da yüksək olmayıb, lakin son illərdə daha da aşağı düşüb. Hazırda daxili tələbatın təxminən 75 faizi idxal hesabına ödənilir.

İdxal olunan buğdanın təxminən 99 faizi Rusiyanın payına düşür. Bununla belə, Ermənistan hakimiyyəti Rusiyadan asılılığı azaltmağa çalışır. Bu günlərdə baş nazir Nikol Paşinyan taxıl istehsalının səmərəliliyinin artırılması ilə bağlı tapşırıq verib.

Ermənistan rəsmiləri və ekspertləri müxtəlif vaxtlarda etiraf ediblər ki, ölkənin taxıl tələbatının 60 faizdən çoxu Azərbaycanın işğal altında olmuş ərazilərində aparılan əkinçilik hesabına ödənilirdi. Bundan başqa, Azərbaycanın işğal altında saxlanılan torpaqlarında geniş otlaq sahələrindən istifadə olunması Ermənistanın heyvandarlıq və ət istehsalı üçün də mühüm mənbələrdən biri hesab edilirdi. Azərbaycanın torpaqları 2020-ci ildə işğaldan azad edildikdən sonra Ermənistan bu imkanlardan məhrum olub və ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı problemlər daha qabarıq şəkildə özünü göstərməyə başlayıb.(Musavat.com)

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər