İnsanları diri-diri yandıran, dərilərini soyduran, insan yağından sabun hazırlatdıran qadınlar – Dəhşətli faktlar (FOTOLAR)













Qadınlar hər zaman zərif varlıq kimi adlandırılsa da, bəzən bunun əksinin də ola biləcəyini sübut edən xanımlar tarix səhifələrinə öz adlarını yazdırmağı bacarıblar

Bu qadınlar əllərini xəmiri ilə yox, qanı ilə tarixə düşüblər. İndi isə oxuyanda tüklərinizi ürpərdəcək bu cinayətkar xanımların həyat hekayələrini sizlərə təqdim edirik.
İnsanları diri-diri yandıran, dərilərini soyduran, insan yağından sabun hazırlatdıran qadınlar

Vilyamina Yeni Zallandiyada bu günə qədər edam cəzasına məhkum olunmuş ilk və tək qadındır. Pul qarşılığında uşaq baxıcılığı edən bu qadın sonra həmin ailələrin uşaqlarına baxmaq yerinə onları öldürüb. Təəssüf ki, bu ailələr uşaqlarının Vilyamina tərəfindən öldürüldüyünü çox sonralar bilmişdilər. Çox vaxt da bu xanım varlı, amma uşağı olmayan və övladlığa götürülən uşaqlara baxıcılıq edirdi. Bunun da özəl bir səbəbi var idi, çünki həmin vaxtlar uşaqların övladlığa götürülməsi məsələsi qanuni deyildi və həmin uşaqlar heç bir yerdə qeydiyyatda olmurdular. Buna görə də Vilyamina uşaqlar öldürdükdən sonra heç kim o uşaqları tapa bilmirdi.
İnsanları diri-diri yandıran, dərilərini soyduran, insan yağından sabun hazırlatdıran qadınlar
1-ci Elizabet katolikliyi ortadan qaldırmaq üçün İngiltərə və İrlandiyada minlərlə katolikin öldürülməsi əmrini verib. Bu soyqırımdan əlavə Şotlandiya kraliçası Merinin sığınacaq istəmə tələbinə qarşılıq olaraq, onu vətənə xəyanətdə ittiham etmiş və 19 il müddətində həbsxanada qalmasına, daha sonra isə öldürülməsinə səbəb olub. Bununla kifayətlənməyərək ispan gəmilərinə qarşı quldurluq fəaliyyətini dəstəkləyib və qul ticarətinin genişlənməsinə şərait yaradıb.
İnsanları diri-diri yandıran, dərilərini soyduran, insan yağından sabun hazırlatdıran qadınlar
Özünü elm adamı elan edən Yelena Çauşesku Ruminiyanın kommunist lideri Nikol Çauşeskunun həyat yoldaşıdır. Ruminiya xalqı Yelenanı doğum kontrolunu aradan qaldırmaqda günahlandırırdı. Bu da 1970 və 1980-ci illərdə istənilməyən uşaq doğumlarının artımına səbəb oldu. Doğum sayının kəskin şəkildə artımı ölkə daxilində standartların altında yetimxanaların açılmasına səbəb oldu və doğulan uşaqlar bu yetimxanalarda yaşamalı oldular. Həmçinin, dövlət sağlıq komissiyasının rəhbəri olan Yelena Ruminiyada AİDS xəstəliyinin olmadığını söyləyib, lakin sonrakı illərdə bu açıqlama tarixin ən böyük AİDS epidemiyasına səbəb olub. Xalqına zülm verən bu iki şəxs sonralar edam olunur.
İnsanları diri-diri yandıran, dərilərini soyduran, insan yağından sabun hazırlatdıran qadınlar
İrma adlı bu xanım ikinci dünya müharibəsində alman ordusunda xidmət edən ən qəddar xanımlardan biri idi. O, Auşvits adlanan əsir düşərgəsində qadın koloniyasına rəhbərlik edirdi. İrmanın rəhbərlik etdiyi Auşvits əsir düşərgələri arasında işgəncələrin sayına görə xüsusilə fərqlənib. İrma əsir düşərgəsində müxtəlif işgəncələr, cinsi istismar, zövq üçün insan öldürmə, ac itləri insanların üstünə salmaq və minlərlə insanın qaz otağına salınaraq öldürülməsi kimi cəzalardan həbs olunub. Məhkəmənin qərarına əsasən asılaraq edam edilib.
İnsanları diri-diri yandıran, dərilərini soyduran, insan yağından sabun hazırlatdıran qadınlar
İlze Koç nasional sosialist və faşist Almaniyası dövründə qəddarlığı ilə xüsusi seçilən xanımlardan bəlkə də birincisi olub. “Buhenvald cadugəri” olaraq adlandırılan bu xanım adından da məlum olduğu kimi Buhenvald əsir düşərgəsində qadın koloniyasına rəhbərlik edib. Belə ki, sübut olunmuş faktlara əsasən onun da rəhbərliyi ilə qaz otaqlarında öldürülən insanlar sonra yandırılır və külləri müxtəlif xarici firmalara gübrə kimi satılırdı. Bundan əlavə, ölmüş insan bədənindən əldə olunan yağlardan sabun hazırlayırdılar. Belə bir məlumat da var ki, İlze Koç tatulara qarşı sevgisi var idi, onun əmrinə əsasən əsir düşərgəsində bədənində tatu olan əsirlər yığılıb öldürülür və ya bədənin tatu olan hissəsi kəsilib götürülürdü. Sonra da həmin hissədən bəzək əşyaları hazırlanıb İlzeyə verilirdi. İlze Almaniya məğlub olduqdan sonra düşmənin əlinə keçməsin deyə özünü asaraq öldürüb.


İnsanları diri-diri yandıran, dərilərini soyduran, insan yağından sabun hazırlatdıran qadınlar – Dəhşətli faktlar (FOTOLAR)




İnsanları diri-diri yandıran, dərilərini soyduran, insan yağından sabun hazırlatdıran qadınlar – Dəhşətli faktlar (FOTOLAR)




İnsanları diri-diri yandıran, dərilərini soyduran, insan yağından sabun hazırlatdıran qadınlar – Dəhşətli faktlar (FOTOLAR)



İnsanları diri-diri yandıran, dərilərini soyduran, insan yağından sabun hazırlatdıran qadınlar – Dəhşətli faktlar (FOTOLAR)



İnsanları diri-diri yandıran, dərilərini soyduran, insan yağından sabun hazırlatdıran qadınlar – Dəhşətli faktlar (FOTOLAR)



Son xəbərlər

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Bütün xəbərlər