hadise
15.04.2018, 09:17
Bakıda binada yanğın - 10 nəfər təxliyə olundu

Bakı şəhəri, Xətai rayonunda binanın zirzəmisində ümumi sahəsi 9 m² olan köməkçi tikilidə quraşdırılmış elektrik lövhəsində 45 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.
dogruxeber.tv-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər bina sakini təxliyyə olunub.
Mənzillər və zirzəmidə olan avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


