SAKİNLƏR “POLİSƏ ARXAYINIQ” DEDİLƏR














Bu günlərdə 100 yaşını qeyd edən Azərbaycan Polisinin ictimaiyyət arasında böyük nüfuza malik olması heç də sirr deyil. Polisimizin apardığı qüsursuz xidmət bütün ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, mütəmadi olaraq ayrı-ayrı bölgələrdən daxili işlər orqanlarına təşəkkür məktubları ünvanlanır, xalq öz minnətdarlığını bildirir. İstər KİV-lərdə, istərsə də cəmiyyət arasında polisinin səsi-sorağı hər zaman ucadan gəlir, xidməti müsbət qiymətləndirilir.
Polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi və insan azadlıqlarının qorunması daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətinin əsas istiqamətlərindəndir. Polis əməkdaşları xidmət etdikləri ərazilərdə mütəmadi olaraq yerli sakinlərlə görüşlər keçirir, onların sevinc və kədərlərinə şərik olurlar. Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasının nəticəsidir ki, sakinlər polis əməkdaşlarını özlərinə bir dayaq, sirdaş bilirlər.
Artıq 20 ildir ki daxili işlər orqanlarında xidmət edən polis mayoru Nəzər Həbibov kənd sakinlərinin rəğbətini qazanan əməkdaşlardandır. Xaçmaz RPŞ İTB-nin polis sahə rəisi vəzifəsində çalışır. Xidməti ərazisində olan 28 kənd sakinlərinin necə deyərlər həm sirdaşı, həm də dərd ortağıdır. Kəndlərin ağsaqqalarından başlamış, azyaşlılara qədər hamı onun xidmətindən, ərazidə olan əmin-amanlıqdan fərəhlə danışır.
Bunlar arasında Qaradağlı kənd sakini Yunus İsayev kəndin ən yaşlı kişilərindəndir. Yunus babayla görüşümüz xeyli maraqlı oldu. Sevinc dolu, gülərüzlü babamız bizə sahə rəisinin işindən söbhət etdi. Cavanlığından müxtəlif dövlət orqanlarında çalışan Yunus baba təqaüdə çıxdıqdan sonra sahibkarlıq və bağçılıqla məşğul olduğunu bildirdi. Onun bir sözü daha çox diqqətimi çəkdi: “Mən qocalığımı bağda keçirirəm. Cavanlıqda salqığım bağın bəhrəsini görürəm. Bağlarımda meyvə bol olanda da qazancım da bol olur. Elə vaxt olur yığılan meyvələr 2-3 həftə bağda qalır, alıcısını gözləyir. Mən isə öz evimdə rahat istirahətimi edirəm, bilirəm ki bağıma girən olmaz. Çünki polis xidməti ərazidədi. Oğurluq ola bilməz. Sizcə bundan böyük rahatlıq ola bilər?”
Sonra söhbətimizə qoşulan Hülövlü kənd nümayəndəsi Fərman Babayev polis əməkdaşlarının yerli camaata göstərdiyi köməkdən, kənd məktəbləri və digər inzibati yerlərdə sakinlərlə keçirilən görüşlərdən danışdı. Sakinlər adından Azərbaycan Polisinin 100 yaşını təbrik etdi, şəxsi heyətə minnətdarlığını bildirdi.
Onu da qeyd etmək istəyirəm ki, hal-hazırda Xaçmaz RPŞ İTB polis sahə rəisi vəzifəsində çalışan polis mayoru Nəzər Həbibov asayişin qorunması zamanı canını qurban vermiş polis serjantı Oktay Həbibovun qardaşıdır.

Nizam Həmidov
polis leytenantı

Oxunub: 995

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər