“Bəzən dayanacaq qalır qıraqda, insanlar 40-50 metr aralıda ağacın kölgəsinə toplaşır” – REPORTAJ













Bakıda dayanacaq pavilyonlarının quraşdırılması Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə veriləndən sonra paytaxtın bir çox ünvanlarında bu prosesə başlanılıb. Xüsusən, şəhərin mərkəzində, demək olar ki, dayanacaqlarla bağlı problem yaşanmır. Amma nisbətən ucqarlarda – Bakıətrafı kənd və qəsəbələrdə hələ də əhali dayanacaq pavilyonlarının olmamasından əziyyət çəkir.

Günün qaynar vaxtı açıq havada əllərindəki qəzet, çanta və digər əşyaları başlarına tutub avtobus gözləyənlərlə bağlı mənzərə çoxumuza tanışdır. Eyni vəziyyətə Xəzər, Sabunçu, Suraxanı rayonlarının kənar qəsəbələrində rast gəlinir. Sakinlər deyirlər ki, nəinki daldalanmağa yer, su, sərinləşdirici içkilər və digər zəruri məhsulların satıldığı köşklərin olmaması da onları çətin vəziyyətlə üz-üzə qoyur.



Bəs belə köşklərlə bir yerdə dayanacaqların quraşdırılması kommersiya layihəsi kimi sahibkarlara həvalə oluna bilməzmi? Məsələn, müqavilə əsasında hansısa sahibkar müəyyən edilmiş standartlara uyğun dayanacaq pavilyonu quraşdıra və həm də bitişik köşk açaraq gəlir əldə edə bilər.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov virtualaz.org-a açıqlamasında deyir ki, bir sıra yerlərdə, o cümlədən, 1 saylı Kliniki Tibbi Mərkəzin qarşısında və digər ünvanlarda belə presedentlər, yəni müvafiq köşklə bir yerdə dayanacaqlar var. Amma bu məsələ qanunla tənzimlənməli və BNA ilə razılaşdırılmalıdır.



“Dayanacaqlar, köşklər quraşdırılarkən insanlar arasında sorğu aparılmalıdır, onların istəkləri nəzərə alınmalıdır. Bunlar elə yerdə quraşdırılmalıdır ki, sürücülərin diqqətini yayındırmasın, nəqliyyatın hərəkətində maneələr, sıxlıq yaratmasın. Ümumiyyətlə, yol infrastrukturu insanların rahatlığına cavab verməlidir. Bəzən dayanacaq qalır qıraqda, insanlar ondan 40-50 metr aralıda bir ağacın kölgəsində toplaşırlar. Tələblərə uyğun dayanacaqlar quraşdırılsa, daha yaxşı olar”, – A.Allahverənov qeyd edib.

Ekspert deyir ki, bunu nəzərə alaraq bəzi isti ölkələrdə dayanacaqlara havalandırma sistemi quraşdırılır. Və ya Rusiyanın şimal şəhərlərində dayanacaqlarda isti hava vuran aqreqatlardan istifadə olunur.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də dayanacaq pavilyonlarının qənaətbəxş olmadığını deyir. Onun sözlərinə görə, bəzi yerlərdə avtobus dayanacaqlarının quraşdırılmasına ciddi ehtiyac var, bəzi dayanacaqlar isə düzgün yerdə quraşdırılmadığından nəqliyyatın hərəkətinə maneçilik törədir. Hazırda şəhərdə yeni dayanacaq pavilyonlarının quraşdırılması prosesi gedir.



“Şəhər yollarında təhlillər, müvafiq araşdırmalar aparılır, ehtiyac olan yerlərdə dayanacaq pavilyonları quraşdırılır. İndi ən çox dayanacaq pavilyonları şəhərin mərkəzindən kənarda, xüsusən Zığ yolu, Hövsan, Sabunçu, Suraxanı rayonları ərazisində, Binəqədi rayonunun kənar qəsəbələrində quraşdırılır. Biz əhali tərəfindən olunan müraciətləri nəzərə alırıq. Nə qədər ehtiyac varsa, o qədər də dayanacaq pavilyonu quraşdıracağıq”, – deyə M.Ağayev virtualaz.org-a bildirir.

Dayanacaqların sahibkarlar tərəfindən quraşdırılmasına gəlincə isə, BNA rəsmisi bildirdi ki, hələ bu barədə hər hansı şərh vermək istəmir: “Dayanacaqların qoyuluşunun idarə olunması tam olaraq BNA-ya təhvil verilməyib, hazırda bu proses gedir. Prezidentin tapşırığına uyğun olaraq, BNA birinci növbədə ictimai nəqliyyatda infrastrukturun yaxşılaşdırılmasına, mövcud problemlərin aradan qaldırılmasına çalışır. Biz əhaliyə maksimum rahat şərait yaratmağa çalışırıq. Bu barədə hələ hər hansı şərh vermək istəmirəm”.

Qeyd edək ki, Bakı şəhərində hazırda 1163 ədəd avtobus dayanacağı pavilyonu var.

Bu ilin aprel ayında prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhəri İcra Hakimiyyətinə avtobus dayanacaqlarının, habelə park və taksi dayanacaqlarının üç ay müddətinə Bakı Nəqliyyat Agentliyinə ötürülmək və analoji strukturların fəaliyyətini ləğv etmək tapşırılıb.

Oxunub: 768

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər