Bakıda iş adamı ilə kütləvi davada iştirak edən mühafizəçi həbs edilib







Gecə klubunda baş verən dava zamanı tanımadığı şəxsi bıçaqlayan mühafizəçi hakim qarşısına çıxarılıb. Bıçaqlanan şəxs mühafizəçini bağışlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən “Riyad” Mühafizə Xidmətinin keçmiş əməkdaşı Muraz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, ötən il Bakı şəhərində yerləşən “Leo disko” gecə klubunda baş verib. Klubda əylənən Muraz Məmmədovla həmin məkanda olan Hüseyn Hüseynov arasında mübahisə yaşanıb.

Mübahisə nəticəsində M.Məmmədovla H.Hüseynov əvvəlcə əlbəyaxa olublar. Ətrafda olanlar hər iki şəxsi sakitləşdirib. Lakin onların mübahisəsi bununla bitməyib. Bir müddət sonra onlar başqa bir məkanda üz-üzə gəlib. Bu dəfə başlayan mübahisə zamanı isə Muraz Məmmədov H.Hüseynovu bıçaqlayıb.

Törətdiyi əmələ görə Muraz Məmmədova Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

M.Məmmədov məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Prosesdə zərərçəkmiş qismində Hüseyn Hüseynov da ifadə verib. O, hadisə haqda danışan zaman deyib ki, təqsirləndirilən Muraz Məmmədovla əvvəllər tanışlığı olmayıb və gecə klubundan baş verən mübahisə zamanı M.Məmmədov onu bıçaqlayıb.

Zərərçəkmiş Hüseynov təqsirləndirilən M.Məmmədovdan şikayətçi olmadığını söyləyib. Ona qarşı heç bir tələbinin olmadığını da qeyd edib.

Məhkəmənin növbəti iclası iyulun 27-də davam etdiriləcək.

Qeyd edək ki, Muraz Məmmədov “Riyad” Mühafizə Xidmətinin keçmiş əməkdaşı olub.

O, 2017-ci il iyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında baş verən davada iştirak etmişdi. Xuliqanlıqda təqsirləndirilən M.Məmmədov Binəqədi Rayon Məhkəməsinin hökmü ilə şərti cəza almışdı.

Qeyd edək ki, Bakıda mağaza işçiləri ilə mühafizə xidmətinin əməkdaşları arasında baş vermiş kütləvi davaya görə açılan cinayət işi üzrə məhkəmə iclası Binəqədi Rayon Məhkəməsində baxılmışdı. Xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və “Riyad” Mühafizə Xidmətinin əməkdaşları hakim qarşısına çıxarılmışdı.



Hökmə əsasən iş adamı Azadxan Xanməmmədov 3 il, digər təqsirləndirilənlər E.İsgəndərov 4 il, S.Məhərrəmovla M.Qurbanovun hər biri 2 müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə kütləvi davada iştirak edən digər şəxslərə isə 2 il islah işlərinə məhkum edərək onların cəzasını şərti hesab etmişdi.

İttihama görə “Riyad” Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında kütləvi dava baş verib. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb. Bunu əks etdirən videogörüntü də var. Hadisəyə səbəb bir müddət əvvəl sahibkar Azadxan Xanməmmədovun sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satması olub. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahibi isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumat bildirilir ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı 13 nəfər – Azadxan Xanməmmədov, Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayev saxlanılaraq istintaqa cəlb olunublar. Daha sonra A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanovun barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Məhkəmə istintaqı dövründə digər şəxslərin barəsində isə polisin nəzarəti altında qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmışdı. (Müsavat.com)

Son xəbərlər

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Bütün xəbərlər